Hörmətli siqaret çəkənlər və bu zərərli vərdişi tərgitmək istəyənlər, biz sizin üçün burda ən populyar üsulları diqqətinizə çatdırırıq. Bu üsulların effektliliyi insanların xarakterindən asılıdır. Yəni hər bir üsul bir qrup insanlara kömək edir, digərinə yox. Ona görə bütün üsulları diqqətlə oxuyun,sonra hansı üsul sizdə daha çox inam yaratdısa, demək o üsul sizə mütləq kömək etməlidir. Məhz həmin üsulu da seçin!!!

Siqareti tərgitmək qərarına gəlmək bu üsulların hamısının açarı hesab oluna bilər. Amma ürəkdən, ciddi siqaret çəkməməyi istəmək lazımdır. İlk növbədə insan öz nəhsi, iradəsinə hakim olmağı bacarmalıdır. Hər gün siqaretin zərərləri haqqında yazılar oxumalı videolara, şəkillərə baxmalıdır. Siqaretçəkmənin nəticəsində əmələ gələn, əzabverici, işgəncəli ölümə səbəb olan ağciyər, mədə, dil, dodaq, qırtlaq xərçəngi və s. xəstəliklər haqqında oxumalıdır. Siqareti hətta cibindəki siqaret qutusunu çixarıb ayaq altında əzib və bir daha əlinə siqaret almamaqla da atmaq olar. Yadda saxlayın!!! El arasında gəzən yalnış fikirə inanmayın, hansı ki, deyirlər siqareti bu cür atmaq oraqnizmə ziyandır. Siqareti tərgitməyin orqanizmə heç bir ziyanı yoxdur!!! VƏ… siqaretin heç biri sakitləşdirici təsiri yoxdur!!! Bu yalnız psixioloji təsir edərək, haradasa fikiri stressə səbəb olan amildən müvəqqəti yayındırmaqla kömək edir. Bu isə insanin özünü aldatmaqdan başqa bir şey deyildir!

Siqareti tərgitməyi qərar vermək

problemin böyük ölçüdə həlli deməkdir !!!

Biz sizə ən populyar üsulları təqdim edirik.

1. Nikotin əvəzinə nikotin- nikotin tərkibli tabletlər,plastırlar, saqqızlar, şirnilər(ledençı)- siqaret tərgitməkdə ən effeqtli üsulardan biridir. Siqaret tüstüsunun tərkibində 100-lərlə zərərli maddələr olmasına baxmayaraq, asılılıq yaradan təkcə nikotindir! Nikotin tərkibli ən məşhur preparat nikorette- dir. Bu preparatın sizə uyğun olan formasını seçməklə, istifadə edə bilərsiniz. Çox effeklidir, əgər insan həqiqətən də siqareti atmağı qarşısına məqsəd qoymusunuzsa!

2. Kompromiss- bu tədricən çəkilən siqaretlərin azaldılmasıdır. Məsələn, əgər siz günə bir qutu papiros çəkirsinizsə, özünüzə bu sxemi tərtib edə bilərsiniz: 1-ci 3 gün ərzində hər gün 1 papiros azaldın. Belə ki, 3 gündən sonra 17 siqaretə çatırsız. Növbəti 3 gün hər günə 2 papiros azaldın. Yəni, siqareti atmağa başladığınız 6-cı gün 11 siqaretdən çox çəkməməlisiz! Növbəti 3 gün 10 papiros çəkin. Sonra hər gün 1 papiros azaltmaqla, 1-2 papirosa qədər azaldın. Sonra ümumiyyətlə, çəkməməyə cəhd edin, dözülməz həddə (hərçənd burda dözülməz bir şey yoxdur).

3. Əvəzləmə – axrıncı papirosu çəkib, bir daha əlinə siqaret götürməyəcəyinə söz verib, fikrini yayındırmaq üçün müxtəli şirniyyat (sorma) növlərindən, saqqızlardan istifadə etmək olar. Həqiqətən də bu bir çox insanlara kömək edir.

4. Siqaret çəkənlərdən mümkün qədər uzaq olun! Siqareti atma mərhələsində bu çox vacibdir. Siqaret çəkən dostlarınıza da siqareti atmağı təklif edərək, özünüzün bu işi başladığınızı deyin, və xahiş edin ki, sizin yanınızada siqaret çəkməsin.

5. Mükafat – Bir aylıq siqaretə xərcəliyiniz pulları

toplayaraq ayın sonunda özünüzə söz verdiyiniz mükafatı ala bilərsiniz.

6. Elektron siqaret – bəzi insanlarda fiziki asılılığı

ardan qaldırmaq üçün bu üsul da köməkçi ola bilər.

7. Təcrübədən istifadə – ətrafınızda tanışlardan siqareti tərgidənlər varsa, onların təcrübəsindən də yararlana bilərsiniz. Bu həm, mənəvi dəstək, həm də insan da özünə inam da yaratmış olur.

About these ads

12 cavab »

  1. Elnur deyir ki:

    Salam. Mən minimum 5 ədəd siqaretə kimi azalda bilirəm. Hərdən olur 1 həftə belə çəkmirəm. Amma hər bir şeyə tez əsəbləşirəm. Daha sonrada yenidən başlayıram çəkməyə. Elə bilin kimsə bilərəkdən əsəbləşdirir məni. Bu variantları da yoxlayaram. Sonu yaxşı olar inşAllah.

  2. Mecid deyir ki:

    bunların hamısını yoxlamışam.alınmayıb….

  3. Mecid deyir ki:

    bunların hamısını yoxlamışam yenədə çəkirəm…

  4. c deyir ki:

    qanan nece temizlemek olsr tez zamanda

  5. Elnur deyir ki:

    Salam. Siqareti azaltmani 2 ay davam etdirmek ziyan elemir?

  6. Fariz deyir ki:

    men 6 il siqaret cekenden sonra tergitmeyi bacardim.elbetde Allahin komeyi ile.gune 2 packaya yaxin siqaret cekirdim.artiq 2 ilden cox idi ki her gun ozume bu verdisi atacagimi asilayirdim.etrafim da bunun mene yarasmadigini deyirdi.ve en esasi Allahdan mene komek olmasini isteyirdim.ve bir gun medemden qopan guclu agri meni ikiqat etdi.bunun siqaretden oldugun bilirdim.ve men siqarete tovbe etmeyene qeder bu agrilar mende bitmedi ve men 1 saata yaxin siqaretle bagli dusunub tovbe etmek qerarini verdim ve siqarete tovbe etdim.artiq 4 ile yaxindi siqaretin bir tustusunu bele almiram.ne medemde agri var ne de esbim poziulub,amma onu deyim ki siqareti tergitmek qerarindan sonra uzun muddet yuxularimda siqaret cekdim,pesman oldum…tergitdiyim gunu ise her il xatirlayiram.01.05.2009.

  7. Tunar deyir ki:

    Nikotini qandan nece birdefelik yox etmek olar?

  8. aydin deyir ki:

    siqaretdə olan nikotin insan həyatına ziyandırsa onda nikotte adlı preparatın tərkibində də nikotion var o da insanlara ziyandır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s