Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
             
                     Mən bütün dünyanın qədim tarixə sahib, türk soyunun bir qolu olan və böyük tarixi mədəniyyətə sahib olan Azərbaycanı tanımasını istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
                      Mən işğal olunmuş 20% torpaqlarımızın azad olunmasını, 1 milyon qaçqınlarımızın öz torpaqlarına qayıtmasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
           Mən ermənilərin yaşadığı torpaqların, Gürcüstandakı Borçalı mahalının, İranda ki, Cənubi Azərbaycan torpaqlarının qədim Azərbaycan torpaqları olduğunu bütün dünyaya demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
            Mən Türkiyənin ermənilərlə sərhədlərini açıb, onlarla iqtisad və ticari əlaqələrin qurulmamasını, din qardaşı olan İranın ermənilərə yardım etməməsini istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
             Mən alver üçün, qazanmaq üçün, işsizlik əlindən Rusiyaya alverə gedənlərin orda yox öz vətənlərində öz sevdiklərinin yaninda gözəl yaşamasını istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
             Xaricə oxumaq üçün gedən sonra oranın mədəniyyətini götürən və daha sonra Azərbaycanı bəyənməyənlərə bura bizim vətəndir demək istəyirəm. Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
              Mən bütün dünyaya muğamın, seygahın, Sarı gəlin mahnısının, tarın, sazın bizim xalq musiqi alətimiz olduğunu, demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
              Mən dünyaya, Türklərin nə dərəcədə qüdrətli millət olduğunu,  Azərbaycanın nə dərəcədə suveren, qonaqpərvər xalq olduğunu demək istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
 
              Mən saxta dindarların İslamın adına ləkə gətirməməsini, rüşvət şotuna Həccə gedilməməsini istəyirəm.Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!
             Mən bütün dünya Azərbaycanlılarına səslənmək, onları daim həmrəy olmağa səsləmək istəyirəm!Mən çox şey istəmirəm ki…sadəcə azad vətənim olmasını istəyirəm!

                                              Mən çox şeymi istəyirəm?????

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma