İyunda bürclər nə vəd edir?İyun bəzi bürclərə sürpriz hazırlayır

 

 

ƏKİZLƏR


Bu ay sizə maraqlı və gələcək üçün önəmli hadisələr bəxş edəcək. Ayın əvvəli sağlamlığınıza diqqət edin. Daha çox istirahətə üstünlük verin. Tələsik qərarlar qəbul etməyin. Ailədə təmkinli olmağa çalışın, sevdiyiniz insanın xətrinə dəyməyin, çünki onu həmişəlik itirmək ehtimalı var.

 

XƏRÇƏNG


İyunda peşəkar işləriniz ön plana çıxacaq. Ayın ortasınadək vacib işlərə əl atmayın və aldığınız məlumatları gözdən keçirin, onlar yaxın gələcəkdə sizə yardımçı olacaq. Fiziki hərəkətlərdən uzaq durun, bütün işləri ailə üzvlərinizə həvalə edin. İmkan olsa, səyatə çıxın. Sevgilinizə güvənin, sizi ayırmaq istəyəcəklər.

 

ŞİR


Vəzifə başındasınızsa, işçilərinizə qarşı anlayışlı olun. Həyatınızla bağlı ciddi qərarlar qəbul etməyin. Ola bilsin işdə rəhbərliklə bəzi problemlər yaşansın, şirin diliniz və peşəkarlığınız buna son qoyacaq. Ətrafdakılara diqqətlə yanaşın, ailənizin məsləhətlərini nəzərə alın. Şəxsi həyatda yaxşıya doğru dəyişikliklər gözlənilir.

 

QIZ


İyun sizə sürpriz hazırlayır. Möhkəm və üzünmüddətli hesab etdiyiniz münasibətlər bir anda dağıla bilər. Çoxdan sizi narahat edən sirrin üstü açılacaq və bir qədər sakitləşəcəksiniz. Sizi bəzi hadisələr gözləyir ki, son dərəcə tələbkar və kəskin olmağınız lazım olacaq. Beləliklə, ağlınıza gəlməyən yeniliklərə hazırlıqlı olun.

 

TƏRƏZİ


Hazırda həyatınızda çətin dövr başlayır. Ətrafınızda olan bəzi insanlar sizi məyus edəcək, digərləri isə əksinə.Son dərəcə diqqətli olmağınız lazımdır, bir sıra yalan və ədalətsizliklərə rast gələcəksiniz. Subay xanımları şəxsi həyatda yenilik gözləmir, evli qadınlara isə yoldaşlarının nazı ilə oynamaq məsləhətdir.

 

ƏQRƏB


Əgər hələlik ikinci yarınız yoxdursa, bu ay vəziyyət dəyişəcək. Münasibətlərin hansı istiqamətdə inkişaf etməsi yalnız sizin əlinizdədir. Sadəcə, bir az səbirli olun. Ailədə gərginlik yarana bilər, çalışın əzizlərinizin yanında olasınız. İşdə təmkinli olmağınız məsləhətdir, əks halda xoşagəlməz hadisələr baş verə bilər.

 

OXATAN


Bu ay pul və hisslər arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Unutmayın ki, qərar yalnız sizə aid olmalıdır, heç kəsin məsləhətinə qulaq asmayın. Sevgiliniz haqqında bilmədiklərinizi öyrənəcəksiniz və bu sizi məyus edəcək. Karyerada yüksəliş hələlik gözlənmir, amma çalışın özünüzü peşəkar kimi doğruldasınız.

 

OĞLAQ


Öhdəsindən gələ bilməyəcəyiniz işlərdən uzaq durun. Ola bilsin, ailə üzvləri ilə problemlər yaşansın, onlara anlayış göstərin. Bu ay önəmli məsələləri həll edin və qarşınıza məqsəd qoyaraq ona nail olmağa cəhd göstərin. Səyahət üçün uyğun vaxt deyil. Keçmiş sevgilinizlə münasibətləriniz yenilənə bilər.

 

DOLÇA

İyun romantik hadisələrlə bol olacaq. Mənasız qısqanclığınız münasibətlərin soyumasına səbəb ola bilər. İşdə çətinliklərlə üzləşmək ehtimalı var, əməkdaşlarınızla aranız pozulacaq, problemlərin aradan qalxması bir az zaman tələb edəcək. Maddi baxımından yenilik gözlənmir, çalışın qənaətcil olasınız.


BALIQLAR

Bu ay sizdən diqqət və səbir tələb olunur. Həyatınıza istəmədiyiniz insanlar daxil ola bilər ki, bu da işlərinizə mənfi təsir edəcək. Nikbin olmağa çalışın və pis emosiyalara qapılmayın. Sevdiyiniz insanla problem yaşayacaq, lakin günahkar axtarmayın, əksinə, açıq söhbət edib anlaşılmazlığı çözməyə cəhd göstərin.

 

QOÇ


Ay sizin üçün çox uğurlu olacaq, həm maddi, həm də mənəvi baxımdan. Lakin bir az ehtiyatlı olmağınız lazımdır, özünüzü boş buraxmayın. İyun sizə çoxlu enerji və güc verəcək, çalışın ondan səmərəli istifadə edəsiniz. Dostlarınızla münasibətlərə diqqət yetirin. Qərar vermədən öncə min ölçüb bir biçin.

 

BUĞA


Sevgilisi ilə problem yaşayan xanımları uzun və üzücü ayrılıq gözləyir. Yalnız bu sizin xeyrinizə olacaq. Yeni münasibətlərə başlamaq məsləhət deyil. İşgüzar həyatınızda yeni layihələrə imza atacaqsınız və əla qazanc əldə edəcəksiniz. Sağlamlığınıza xüsusi diqqət yetirin, çoxdan planlaşdırdığınız müalicələrə başlayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma