Əksər insanlar fikirləşmirlər ki, kopyuter arxasında uzun müddət oturmaq onların sağlamlığına mənfi təsir göstərir. Bu təhlükə xüsusən, proqramistlərə, katibələrə, veb- dizaynerlərə və fəaliyyəti saatlarla kopyuter arxasında oturmağa bağlı olan insanlara aiddir.

Bu zaman tez-tez növbəti problemlər meydana çıxır:

• Görmə əzələlərinin gərginliyi – baxışın uzunmüddətli monitora fiksasiyası nəticəsində əmələ gəlir.

• Əzələ və oynaqların atrofiyası- boyun, bel nahiyəsində ağrı

• Xroniki ruh düşkünlüyü və taqətsizlik- səhərlər yuxudan ayılmaq çətinləşir, bir stəkan kofesiz keçinmək əngələ çevrilir. Bütün gün ərzində fikir ancaq yuxuda olur.

• Yuxu rejimi pozulur- gecə saat 2-yə qədər işləmək, səhər saat 5-ə qədər internetdə vaxt keçirmək – tanış situasiyadır, deyilmi?

Əgər bunları özünüzdə olduğunu hiss edirsinizsə, nə etmək lazımdır?

Vaxtaşırşı diqqəti monitordan yayındırmaq lazımdır. Yeri gəlmişkən klaviaturaya yox, ətrafa. Oftalmoloqların tövsiyyə etdiyi bir sıra məşqlər, tapşırıqlar var ki, onlar gözdə olan gərginliyi aradan qaldırmağa kömək olur. Bu məşqlərdən bəzilərini biz də sizə tövsiyyə edirik:

• 1-ci tapşırıq – Başı heç bir yerə döndərmədən 2-3 saniyə yuxarı sağ, 2-3 saniyə yuxarı sol tərəfə baxın. Bu hərəkətləri sonra aşağı istiqamət olmaqla sağa və sola davam etdirin. Bu tapşırıq göz əzələlərinin yorğunluğunu aradan qaldırmağa kömək edir.

• 2-ci tapşırıq – pəncərəyə yaxınlaşıb üzü pəncərəyə dayanırıq. Sonra görmə sahəmizdə ən uzaqda yerləşmiş bir nöqtəni, məsələ hər hansı bir binanın və ya ağacən zirvəsini özümüz üçün fiksə nöqtəsi kimi seçirik. Sonra 5 saniyə müddətində bu nöqtəyə diqqətlə baxırıq, sonra dərhal əvvəlcədən pəncərə üzərində tutduğumuz 2-ci obyektə, məsələn , barmağımıza baxırıq, yenə də 5 saniyə müddətində. Beləliklə bu proseduranı 5 dəq müddətində davam edirik. Effektini dərhal tapşırıqdan sonra hiss edəcəksiniz !

• 3-cu tapşırıq – gözlərinizi yumub var gücünüzlə göz qapaqlarınızı sıxın (əllə toxunmadan)) sonra gözlərinizi açın. Bu tapşırığı 15-20 dəfə təkrar edin. Uzun müddətli monitora baxmaq gözlərin nəmlyini azaldır, gözlər quruyur. Bu tapşırıq göz yaşının artmasına və gözdaxili təzyiqin normallaşmasına səbəb olur.

Bu tapşırıqlar gündəlik olunmalıdır. Cəmi 4-5 dəqiqənizi alacaq bu tapşırıqlar, bizlərə bəxş olunmuş çox qiymətli bir neməti, görmə qabiliyyətimizi qorumağa kömək edəcək!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma