Azərbaycanın iqtisadi potensialı hər gün artır, inkişaf edir. Bu, Ermənistan iqtisadiyyatı ilə müqayisəedilməz dərəcədə böyükdür. Təkcə Azərbaycan ordusunun büdcəsi düşmən ölkənin dövlət büdcəsindən bir neçə dəfə çoxdur. Artıq dünya ölkələri də bilir ki, biz bütün cəhətlərdə onlardan üstünük. Həm siyasi imkanlarımız çox genişdir, həm beynəlxalq mövqelərimiz çox güclüdür, həm də iqtisadi potensial bir neçə dəfə çoxdur. Hərbi gücə gəldikdə isə bir daha demək istəyirəm ki, Azərbaycan ordusu bölgədə ən qüdrətli ordudur.

 

 

 

 

 

Qeyd edimki ki, Müdafiə Nazirliyində güclü islahatlar aparılır. Bununla yanaşı, Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycan ordusudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müdafiə naziri cənab Səfər Əbiyev ordunun daha da inkişaf etməsi üçün bir çox təqdirəlayiq islahatlara imza atmış, ordumuz ən müasir silahlarla təchiz edilmişdir

 

 

 

 

 

 

Artıq düşmən də Milli Ordumuzun hansı gücə malik olmasını yaxşı bilir. Onu da qeyd edək ki, ölkə başçımız Azərbaycanda və ölkədən kənarda keçirdiyi görüşlərdə mütəmadi olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç bir zaman torpaqlarımızın bir qarışını belə ermənilərə verməyəcəyimizi qeyd edir. Həmçinin prezident sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın müharibə variantına əl ata biləcəyini də istisna etmir. Söz yox ki, bu tip bəyanatların arxasında Azərbaycanın daim inkişafda olan iqtisadiyyatı və güclü ordusuna inam hissi dayanır. Ölkə başçısı dönə-dönə qeyd edib ki, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və Azərbaycan öz doğma torpaqlarını işğalçılardan azad etməyə hər an hazır olmalıdır.

 

 

 

 

 

Ermənistanın Azərbaycan ordusunun müasir silahlarla təchiz edilməsindən keçirdiyi narahatlıq da bunu təsdiq edir. Düşmənlərin Azərbaycan ordusunun “İstiqlal” snayperi ilə təchiz olunması ilə bağlı saldıqları hay-küy və narahatlıqları da ordumuzun hər gün yenilənən potensial gücünü göstərməkdədir.

 

 

 

 

 

 

Bəli, Azərbaycan ordusu inkişaf edir, güclənir. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan məhz bu ordunun gücü ilə torpaqlarımızı işğaldan azad edəcək.

 

 

 

 

 

 

Bütün bunlara baxmayaraq, Azərbaycan ordusu hər saniyə inkişaf etməkdədir. Azərbaycanın hərbi potensialı bu gün bütün dünyaya məlumdur.Çox keçmədən inşallah öz torpaqlarımızıda düşməndən geri qaytaracağıq!!!!!!!

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma