Turnirdəki il görüşündə İlqar Ukrayna cüdoçusu, erməni Gevorq Xaçatryanla üzləşib və rəqibi “ippon”la məğlub edib.

1/4 finalda İlqarı isveçli Aleksandr Lundkvist gözləyirdi. Müşkiyev bu rəqibi də

yenərək, 1/2 finala çıxıb. Bu mərhələdə Finlandiya cüdoçusu Yuho Reynvallı da məğlub edən Müşkiyev finala vəsiqə qazanıb. Qızıl medal uğrunda mübarizədə isə İlqar latviyalı Andrey Maqersi məğlub edərək birinci yeri tutub.

Anspress-in məlumatına görə, bu gün Tallində cüdo üzrə Dünya Kuboku yarışları başlanıb. Yarışların ilk günü gənclər arasında İrəvanda keçirilmiş Avropa çempionatının və 2009-cu ildə Parisdə təşkil olunmuş dünya çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionu İlqar Müşkiyev 60 kq çəki dərəcəsində Ukraynanı təmsil edən erməni Gevorq Xaçatryana qalib gəlib.

Rəqibini ippon fəndi ilə məğlub edən İlqar Müşkiyev dörddəbir finala çıxıb və həmin mərhələdə İsveç idmançısı Aleksandr Lundkvistlə qarşılaşacaq.

60 kiloqram çəki dərəcəsində, həmçinin Nicat Şıxəlizadə – Qreq Varrey (Böyük Britaniya), Asim Xələfov – Ceyms Millar (Böyük Britaniya), 66 kiloqram çəki dərəcəsində Tərlan Kərimov – David Dubski (Çexiya), Rüstəm Orucov – Natan Berns (Böyük Britaniya), 73 kiloqram çəki dərəcəsində Eldar Qasımov – Saşa Jereb (Sloveniya), Ramil Qasımov – Arturas Mayboroda (Litva), Nadir Babayev – Emmanuel Nartey (Qana), 90 kiloqram çəki dərəcəsində Ramin Qurbanov – Viktor Tvorjidlo (Polşa), 100 kiloqram çəki dərəcəsində Sain Məmmədov – Viktor Reşko (Latviya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Emil Tahirov – Lyuk Verbij (Niderland) qarşılaşmaları olacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma