Yuxu görmək hər birimizə tanış bir haldır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz. Elə bil yuxular insanlarla birgə yaranıb. Elə bu baxımdan da yuxular və onların həqiqi mahiyyəti, yaranması həmişə problem olaraq qalıb. Bütün bunlara baxmayaraq, yuxular gündəlik həyatımızın müəyyən bir hissəsinə çevrilib. İndi hamı yuxular haqqında danışır, elm də fasilə vermədən bu problemi araşdırmaqla məşğul olur. 

              Tanrı özünü insanlara yuxuda əyan edir?!…
Ana təbiətin orijinal ideyası olan röyanı millətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar görür. Uzaq keçmişdə insanlar yuxu prosesini dərk edə bilmədikləri üçün röyadakı hadisələri reallıq, mövcud olan bir şey kimi qəbul edirdilər. Onlar parlaq, emosional, rənglərlə bəzədilmiş yuxu epizodlarını gerçəklikdən ayıra bilmirdilər. Yuxuda özlərini müxtəlif zamanlarda, məkanlarda və formalarda görən qədim insanlar “ruhun” olmasına və onun yuxu zamanı bədəni tərk edərək dünyanı azad səyahət etməsinə inanırdılar.
Afrikalı xristian filosofu Kvint Tertullian yazırdı: “Dem
ək olar, hamıya aydındır ki, Tanrı özünü insanlara ən çox yuxuda əyan edir”. “Quran”, “Tövrat”, “İncil” və digər müqəddəs dini kitablarda çin olmuş yuxuların yada salınması, mələklərin yuxularda görsənməsi, Peyğəmbərlərin yuxularının şərh edilməsi bütün dinlərdə yuxuya inamın olduğunu göstərir. Yuxunun düz çıxması peyğəmbərliyin 46 əlamətindən biri sayılır. Peyğəmbər olmayan insanların yuxusuna gəlincə, Qurani- Kərim”in Yusif surəsində iki məhbusun yuxusu və Yusifin (Əleyhissəlam) onların hər birinin yuxusunu yozması, həmçinin Yusifin (Əleyhissəlam) hökmdarın yuxusunu yozması haqda ayələr varid olmuşdur.  Bəzi tədqiqatçılar hesab edir ki, Peyğəmbərlər, onlara Allah vergisi verilməsi barədə ilk informasiyanı da məhz yuxu vasitəsilə almışlar. Məhəmməd Peyğəmbər yuxunu mənəvi və ruhi həyata qapı hesab etmişdir. Bütün müsəlmanların, o cümlədən millətimizin müqəddəs bayramı olan Qurban bayramının yaranmasının kökündə də məhz yuxu durur.Çin çıxmış yuxular
Yuxuların çin çıxmasına dair tarixd
ə çoxlu sayda misallar da var. Eynşteyn etiraf edirdi ki, həqiqətən, onun bir çox kəşfləri yuxu görmənin nəticəsi olub və məhz nisbilik nəzəriyyəsi də yuxudan doğulub. Bəzən ayıqlıqda məntiqi təfəkkürlə həll olunmayan problemlər yuxuda öz həllini tapır.
Məşhur Rus alimi M.V.Lomonosovun bioqrafiyasında həmişə belə bir möcüzəli fakt təsvir olunur: O, Peterburqda artıq məşhur alim kimi fəaliyyət göstərdiyi vaxtlarda, bir gecə yuxuda atasının, doğulduğu kəndin kənarındakı çayda balıq tutarkən həyatını dəyişdiyini görür. Yuxunun güclü təsiriylə səhər atasını yoxlamaq üçün kəndə gedir və həqiqətən, neçə gündür atasının itkin düşdüyünü öyrənir. Yuxuda gördüyü yerə gedir və həqiqətən, atasının çayın qırağında balıq tutduğu yerdə öldüyünü görür.

YUXUDA BELƏ NƏSƏ ÖYRƏNMƏK MÜMKÜNDÜR.

                 Bu məsələ yəqin ki, çoxunu narahat edir. Bəzən bir məsələ üstündə bütün günü baş sındırıb bircə cümlə də yaza bilməyəndə və qəflətən yuxuda məhz lazım olan istiqaməti, hətta əsərin çətin hissəsini “yazmaq” yolunu tapmaq adamı sevindirir.
Tarixi misallara əl atsaq bu misallar istənilən qədərdir. Məsələn, D.İ.Mendeleyevin kimyəvi elemenentlərin dövri cədvəlinin son variantını yuxuda görməsi. Məşhur Rus kimyaçısı D.Mendeleyev elementlərin dövrü sisteminin strukturunu yuxuda “görməsini” belə izah edir: “Yuxuda mən gördüm ki, elementlər özləri necə lazım olan yerlərə oturaraq cədvəl yaradırlar. Yuxudan ayılan kimi mən onları kağıza köçürdüm. Düzəliş yalnız bir yerdə lazım oldu”.  Elementlərin cədvəli Mendeleyevin yuxusuna gələndə yəqin ki, o, caşqınlıqla oyanıb bunun öz fikri olub-olmadığını götür-qoy eləmişdi.

               Deyirlər ki, Puşkin yuxuda bir neçə şer yazmışdır.

 «Mən yuxuda elə şeylər deyirdim ki, ayıldıqda onları çox çətin deyərdim. Beynim işləyirdi. Nə iradəm vardı, nə də azadlığım, buna baxmayaraq, ideyalar çox ağıllı, bəzən hətta dahiyanə olurdu». Bu sözlər Bolterə məxsusdur.

             Şuman, yuxusuna girən Şubert və Mendelsonun onun üçün çaldığı melodiyaları eşidibdi. Bu misallarda heç bir fövqəltəbii şey yoxdur. Axı, təsadüfi deyil ki, dövri cədvəl məhz Mendeleyevin yuxusuna girib, bir küçə alverçisinin, ya da royal sazlayanın yuxusuna girməyibdir. Görünür ki, əgər müəyyən bir fikir daim bizi məşğul edirsə, o bizi yuxuda da təqib edir. Doğurdan da, gecə beyin xarici aləmdən ayrılıb, bu problem üzərində diqqəti cəmləşdirmək imkanı əldə etdikdə, məsələnin həlli, möcüzə kimi, qəflətən tapılır.

              Fiziologiya üzrə Nobel mükafatçısı Otto Levi tapıntısını bir neçə gecə  dalbadal görmüşdü. Gecə durub gördüklərini yazmasaydı yəqin ki, səhərə hamısını unudacaqdı. 17 il əvvəl dilinə gətirdiyi hipotezin sübutu ona yuxuda kino kimi göstərilmişdi. Səhəri durub onu təkrar etmək qalırdı.

Benzolun quruluşunun üzərində çalışan F.A.Kekul yuxuda quyruğu ağzında olan ilan gördükdən sonra, sübut etdi ki, benzolun molekulyar strukturu halqa şəklindədir. Keçmişdə, demək olar ki, bütün məşhur hökmdarların, padşahların, çarların, knyazların xüsusi yuxu yozanları var idi. Onlar döyüşə, yürüşə və ya ova hazırlaşdıqları ərəfədə gördükləri yuxulardan hadisələrin uğurlu və ya uğursuz olacağı barədə müəyyən mənada informasiya alırdılar. Məsələn, Makedoniyalı İsgəndər öz yuxularını yazdırırdı və onların bəzilərini hətta açıq şəkildə bəyan edirdi. Rəvayətə görə, Çingizxanın gördüyü iki yuxu onun sonrakı həyatının bütün 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma