1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin  Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti  gərginləşdirirdi.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı  Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ  Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə  qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası  Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli  Qurtuluş Günü kimi daxil oldu.

Hadisələrin qısa tarixi

Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixli iclasda çıxışı zamanı

Ermənilərin elan olunmamış hərbi təcavüzünə mə ruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycının bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bi vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.

15 iyun tarixi Ümumilli Lider Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi gündür.

16 il əvvəl Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə iyunun 4-də Gəncədə qiyam qaldırdıqdan və Milli Məclisin sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin istefasını tələb etdikdən sonra ölkədə anarxiya yaranıb.

Polkovnik Surət Hüseynovun hərbi hissəsi Gəncədə nəzarəti tam ələ keçirdikdən sonra paytaxta doğru üz tutub. Vəziyyətdən çıxmaq üçün o zamankı AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət etməli olub.

Bu çağırışa cavab olaraq Heydər Əliyev iyunun 9-da Bakıya qayıdıb və Surət Hüseynovla danışıqlar aparmaq üçün dərhal Gəncəyə yola düşüb. İyunun 15-də isə o, parlamentin sədri seçilib.

Xalq səsverməsi ilə prezident Əbülfəz Elçibəyə etimadsızlıq göstərildikdən sonra Heydər Əliyev ölkə prezidenti seçilib. Qısa müddətdə Heydər Əliyev qiyamı yatırıb, Ermənistanla atəşkəs müqaviləsi imzalamağa nail olub.

1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.

                                                                                        BAYRAMINIZ MÜBARƏK!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma