Quran əxlaqından uzaq yaşayan insanların çoxu bu anları narahatlıq, kədər və sıxıntılı an kimi keçirirlər. Belə bir mühitdə əsəbilik, gərginlik, mübahisə tez- tez baş verir. Bu hadisələrin tək səbəbi isə bu insanların din əxlaqından uzaq yaşamalarıdır. Allaha və Onun yazdığı qədərə iman gətirmədikləri üçün qarşılaşdıqları hadisələrin, çəkdikləri çətinliklərdə bir hikmət və xeyir görmürlər. Belə ki, iman etmədikləri üçün dünyada yaşadıqları hər an əleyhlərinədir, onlar da bunun sıxıntı və gərginliyi ilə yaşamağa davam edirlər.

Möminlər isə Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin bir imtahan olduğunu bilirlər. Bu sınaqların saleh müsəlmanlar ilə “qəlblərində xəstəlik olan” və səmimi qəlbdən iman etməyən insanları ayırd etmək üçün xüsusi yaradıldığının fərqindədirlər.

Möminlər pis görünən hadisəni ya da çətin anı, səmimiyyətlərini, Allaha bağlı olduqlarını və təvəkküllərini göstərmək üçün gözəl fürsət olaraq dəyərləndirirlər.

Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını əsla ağıllarından çıxarmırlar. Bu gözəl əxlaqlarının və təslimiyyətlərinin nəticəsi olaraq Allah pis görünən hadisələri və çətinlikləri saleh qullarının lehinə çevirir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma