Xalq müğənnisi musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı Süsən sünbül mahnısını erməni dilində ifa edib.

Ermənilər torpaqlarımızla kifayətlənməyib, bizim mədəniyyətimizi də mənimsəməkdə davam edirlər. Onlar bu dəfə xalq mahnımız Süsən sünbülü erməni mahnısı kimi təqdim ediblər. Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan Xalq müğənnisi musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı Süsən sünbül mahnısını erməni dilində ifa edib. Xalq mahnımızın müəllifi isə erməni aşığı aşıq Şeram kimi qeyd olunub. Yarışmanın həmin həftəsi aşıq Şerama həsr olunub və ifa olunan bütün mahnılar onun repertuarına aid olub. Süsən sünbül erməni dilində Alvan varter adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə Əlvan qızılgüllər mənasına gəlir.

Qeyd edim ki, Süsən sünbül ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil. Onlar indiyə qədər bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxararaq erməni mahnısı kimi təqdim ediblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma