Ali məktəbi bitirən gənclər artıq işsiz qalmayacaq. Çünki, Dövlət Məşğulluq Xidməti gənclərə karyerasını inkişaf etdirmək üçün fürsət yaradır. Bunun üçün karyera məsləhəti mərkəzləri fəaliyyətə başlayacaq.

Dövlət Məşğulluq Xidmətinin rəis müavini Xaliq İlyasovun sözlərinə görə, pilot şəklində iki mərkəzin yaradılması planlaşdırılır: “Bakı və Sumqayıt şəhərlərinin əmək birjası sektorlarının inzibati binalarında və birjalarda belə karyera mərkəzlərini yaratmağı planlaşdırırıq. Bəzi dəyişikliklər olacaq. Biz bu mərkəzləri oktyabr ayında tam təqdim edəcəyik. Bu mərkəzlər karyera məsləhəti mərkəzləri adlandırılacaq. Əsas qrup əsasən 14-17 yaşlı gənclərdən, yuxarı sinif şagirdlərindən və ali təhsil müəssisələrinin birinci kurs tələbələri olacaq. Ümumiyyətlə, digər bütün vətəndaşlar da o karyera mərkəzlərindən yararlana biləcəklər”.

X.İlyasov məkəzin internet saytının da olacağını qeyd edib. O, bildirib ki, peşə standartları üzrə vahid baza olacaq.

“Burada vətəndaşlar özünü qiymətləndirmə testlərindən də istifadə edə biləcəklər”, deyə X. İlyasov qeyd edib.

 

Bir cavab »

  1. goycekeliyeva deyir ki:

    İNŞALLAH

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma