Sərin payız günü idi.Hər tərəfdən torpağın nəm qoxusu gəlir,yarpaqlarin həzin xışıltısı eşidilir,səmanı köç edən quşların dəstəsi tutur,qızıl payız təbiətə meydan oxuyurdu.Neçə gün idi ki,yağış öz qollarını küçələrin boynuna dolamışdı.Yağışın bu dəcəlliyinə məruz qalanlar çətirlərə,dayanacaqlara, yada mənim kimi kafelərə sığınmağa məcbur qalmışdılar.

Bu gün bu kafe yaman sıxlıq idi.Yağışdan qaçıb həmişəki kafeyə daxil oldum.Gözüm ətrafı çox gəzdi,amma boş masa tapa bilmədim.Birdən arxadan qarsonun səsin eşitdim:

-Buyurun keçin sağ tərəfdəki stola.

Əyləşərkən masanın üstündə qadın çantası gördüm,amma fikir vermədim.Bir qəhvə sifariş edib yağan yağışı seyr etməyə başladım.Yan masada bir neçə qız əyləşmiş,biri isə ayaq üstə durmuşdu.Onlar elə səmimi söhbət edirdilər ki,özümdən aslı olmayaraq fikrim onlara yönəlmişdi.Birdən ayaq üstə duran qızın saf gülüşü onlar tərəfə dönməyimə səbəb oldu.Bir neçə dəqiqə ona donmuş hala baxdım.Sanki onu hardasa görmüşdüm.Yada onu çoxdan tanıyırdım.Mən belə xəyallara dalmışkən yanımdan qarsonun səsin eşitdim:

-Xanım qəhvəniz hazırdı.

Bu an bayaqdan heyrətlə baxdığım xanım mən oturan masaya yaxınlaşdı.Çaşıb qalmışdım,demək bayaq masada gördüyüm çantanın sahibəsi o imiş.O, gəlib düz mənimlə üzbəüz əyləşdi.Qarson yenidən bizim masaya yaxınlaşıb mənim qəhvəmi qoyub getmək  istəyəndə  həmin xanım “zəhmət olmasa şəkər gətirin” deyə incə səslə dilləndi.Bu səs elə bil məni yuxudan oyatdı. Həyacanla “mənə də duz gətirin” dedim.Qız təəccüblə mənə baxdı.Sanki bu baxış mənə cəsarət verdi…

-Mən uşaqlıqdan qəhvəni duzlu içməyi xoşlayıram.O,şirin bir gülüşlə gözlərimin içinə baxdı və dedi:

-Çox qəribə adətdir.

Biz uzun-uzadı zövqlər haqqında,rənglər haqqında və bu kimi müxtəlif mövzularda söhbət etdik.Sonralar bu mövzuların sayı,müddəti artdı.Biz demek olar ki,hər gün görüşür,mən duzlu,o şirin qəhvə içir,saatlarla baxışardıq.

Bir gün dəniz sahilində çınqıl toplaya-toplaya gəzirdik.Bu gün bu addımı atmalı idim.Artıq 8 ay idi ki,bu günü gözləyirdim.Qəfil ona tərəf döndüm,əllərini əlimə aldım,gözlərinin içinə baxa-baxa “bütün həyatın boyu mənə duzlu qəhvə hazırlamağa razısan?” O,elə həyacanlanmışdı ki,əlləri ovcumda titrəyirdi.

-Əlbətdə razıyam……..Deyib boynumu qucaqladı.Həmin an sanki dünyaları mənə bəxş etdilər mənə.

Beləcə ayları-aylara, illəri-illərə caladıq…

……İllər keçdi,zaman dolandı.Acı ayrılıq bu ailəyədə qonaq gəldi.Vaxtsız ərini itirən qadın sərin payız günündə pəncərənin qarşısında oturub yağışı seyr edirdi.Belə gün ona çox şeyi xatırladırdı.O,ötənləri yada salmaq üçün yerindən qalxıb köhnə şəkillər olan daxıla yaxınlaşdı.Birdən gözü qırmızı rəngli zərfə sataşdı.Zərfin içində məktub var idi.O,məktubu götürüb oturacaqda əyləşdi və oxumağa başladı.

 “Əzizim öncədən səndən deyəcəklərim üçün üzr istəyirəm.Səni tanıdığım gündən 21 illik evli olduğmuz   vaxt ərzində sənə bir tək yalan dedim.Əslində bu yalanı danışdığıma görə heç də peşman deyiləm.Əksinə o yalana öz təşəkkürümü bildirirəm.İlk tanış olduğumuz günü xatırlayırsan? Səni görüb o qədər həyacanlanmışdım ki,sən qarsondan şəkər istəyəndə mən səhvən duz istədim.Amma duzlu qəhvə sənin marağına səbəb olduğu üçün mən bu yalanı davam etdirdim.Əslində  mən heç vaxt duzlu qəhvəni sevməmişəm.Amma o DUZLU QƏHVƏ mənim üçün səndən və sevgimizdən sonra ən qiymətli şeyə çevrildi.Ümid edirəm ki,bu yalanımı bağışlayarsn….

                                                         İmza: DUZLU QƏHVƏNİ SEVƏN”

 Qadın məkdubu oxuyub bitirəndən sonra nəmli gözlərini sildi və mətbəxə keçdi.Bir fincan qəhvə hazırladı.Lakin bu dəfə bir az fərqli.Şəkərli yox,duzlu qəhvə…………………..

 Nece idi????beyendinizmi????

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma