Avstraliyalı psixoloq Ian Wallece, 30 illik iş fəaliyyətində məsləhətləşənlərinə analiz etdiyi 100 min yuxu içində ən çox rast gəldiyi 10 yuxunu və mənalarını İngilis Daily Mail qəzetinə açıqladı.

1- Qovulmaq: Qaçmağa çalışılan şey adamın özünə aid bir düşüncəsidir və bundan qaçması mümkün deyil. Qovulmaq, üzləşməkdən qorxulan bir vəziyyəti ifadə edər.

2- Diş düşməsi: Dişlər yalnız gülərkən və ya dişləyərkən ortaya çıxar. Diş, özünə inamsızlığı göstərir.

3- Tualet tapa bilməmək: Şərh ehtiyacında olub dilə gətirilə bilməyən mövzuya işarə edər. Tualet, demək adam başqalarının ehtiyaclarını özündən qabaqda tutur.

4- Cəmiyyət içində çılpaq qalmaq: İşdə və ya əlaqədə, qorunmasız və partlamağa hazır bir halı göstərər.

5- İmtahana hazırlıqsız getmək: Hər vəzifə üçün tam hazırlanan kimsənin ən kiçik bir ehtimal üçün belə narahat olmasını bildirir. Narahatlığa səbəb olan başqaları deyil, yuxunu görənin özüdür

6- Uçmaq: Uzun zamandır bir dərdi ürəyində gəzdirən adamın xilas olaraq quş qədər azadlığını göstərər.

7- Hündürdən düşmək: Öz üzərində kontrolu itirmə qorxusunu göstərir. Adamı ağırlaşdıran məsuliyyətləri, problemləri həyatın axarına buraxmağın lazım olduğunu bildirir.

8- Avtomobilin idarəsini itirmək: Xüsusilə iş mövzusunda həyatda hər şeyi üzərinə götürən adamın düşüncələrindəki axsaqlıqları ifadə edər. Ani bir qəza ola bilmə ehtimalını, yaxud işdə istəmədiyin bir müqavilənin bağlanacağını və ya sevdiyin insanla aranızda ayrılıq olacağını göstərər.

9- Evdə bilinməyən bir otaq kəşf etmək: Yuxuda ev adamı, evin otaqları da adamın xarakter və rəftarlarının simvoludur. Bilinməyən bir otaq isə, şans gətirən bir ehtimal doğulacağını göstərər.

10- Gecikmək: Adam problemləri davamlı təxirə saldığı və başqa işlərlə maraqlandığı üçün tutduğu məqsədə doğru tez çata bilməyəcəyini ifadə edər.

 BƏS SİZ NEƏ???????????????????

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma