Sənin üçün ən gözəl şəhər – Bakıdır

Sən ünsiyyət zamanı daim əl-qolu ilə davranırsan

Həmişə leksikonunda “E-E…”, “yox ala”, “Da e Da!…” və s. kimi ədatlardan istifadə edirsən

Oyan buyan, zad, zurnaa, Mama canı, Adə, Bəsdi mən ölüm, Can ee caan, kimi sözlərdən istifadə edirsən

“круто” sözü əvəzinə “клево”deyirsən

“зачем” sözü əvəzinə “почему” deyirsən

100 dəfə soruşarsan – necəsən, nə var nə yox, işün gücün, evdəkilər nətərdi?

Qadınların yanında söyüş söymürsən

İctimai nəqliyyat vasitələrində qadınlara yer verirsən

Hamıya qəzəblə yuxardan baxırsan, gülmək olmaz, çünki elə biləcəklər ki sən “ağır deyilsən” =)

30 yaşını ötmüş olsan belə, dostlarının yanında “Can bala can” deyərək ananın öpüşü səni narahat etmir

Hava limanında dəniz və neft qoxusunun gələcəyini gözləyirsən

Qara dəniz və ya istənilən dənizi tərifləyəndə, sən mənalı mənalı “Yox, Xəzər daha gözəldi!” deyəcəkasən

Pəncərədən dənizə açılan panaramanın heç də ekzotik bir mənzərə kimi görünmədiyini hesab edəcəksən

Sürəti 12 m/san. olan külək sənin üçün heç külək deyil

Qışın ortasında hava günəşlidirsə, bu, normaldı, ancaq külək olmasa, bu, qəribədir.

35 dərəcə istidə qaynar çay içirsən

Ən gözəl havanın payızda olduğunu bilirsən

Heç olmasa ömründə bir dəfə funikulyora (kanatla işləyən dar dəmir yolu) minmisən

Öz işlərini həll edəndə ya “tanış” axtarırsan, ya da rüşvət verməyə çalışırsan

Qonaq evində olanda həmişə ayaqqablarını çıxardırsan

“Nə olub, qaçaqaç zaddı bəyəm” deyərək heç yana tələsmirsən

Məhlə uşağı demək olar səninçün doğma qardaş kimidi

Mobil telefon nömrənin rəqəmləri avtomobilinin nömrəsiylə uyğun olmalıdı

Sevgilini Sevgilim, Balaşka, Cana, Maral, Masya Dovşan kimi adlarla çağırsan

Məhləyə oğlanla gəlmək qeyri-mümkündür, sabahsı gün evdəkilər xəbər tutar – eyibdü

Qonşu məhləyə də oğlanla gəlmək, demək olar qeyri-mümkündür (qayıdanda ola bilsin öz ayaqlarınla gəlmədin)

Davada ən yaxçı həmlə – başla rəqibənin burun nahiyəsinə endirilmiş zərbə “kəllə”di

Ev ayaqqabları yox, “şap-şap”lar deyəcəksən

Metroyla yox, taksiylə ünvana daha tez çatacağını hesab edəcəksən

Taksi sürücüsündən pulunun qalığını gözləməyəcəksən

Dünyanın hansı ölkəsində olursansa ol, daim tanış adamın yerinə pul verməyə çalışacaqsan

Evində “Madonna” və digər büllur (xrustal) qab-qacağın var

“Stenka” adlandırdığımız rumın mebeli olan evdə böyüyüb başa çatmısan

həyətdə qonşunun qurbanlıq qoyununun kəsilməyinin uşaqların necə böyük maraqla izləməyini görəcəksən

Kimsə ədalətsiz oyun oynadıqda onu “cığalbaz”, və ya qısaca olaraq “cığal” deyə adlandırırlar

Səhərlər ucadan “Qatıq var…” deyə qışqırıq eşidəcəksən

Ananın övladını cəzalandırdığını gördükdə ona “uşaqdı da, əl deymə” deyəcəksən

Muğam musiqisinin sədaları altında yüngülvari stupora (hərəkət və danışıq qabiliyyətini tamamilə itirdiyi hal) düşürsən

Alçanı duza batırıb yeyəsən də dişin qıcıqlanmır

Axşamlar bağda loto oynayırsan

Gecələr dominonun taqqıltısı

Qiyməti öldürməsən malı alan deyilsən

Qara ikranın üçkiloluq bankalarda olduğunu bilirsən

Şəhərdəki evin eyvanında kabab bişirməyə çalışırsan

Xartut və əncirin ekzotik meyvələrin olmamağına əminsən

Keşnişlər reyhanı əlavə etməsi mümkün olan hər bir şeyə qatırsan

Qatıqdan sup (dovğa) hazırlanmasına təəccüblənmirsən

Qonşudan duz götürmək üçün heç də çəkinmirsən

“Çinar” konfetləri sənin xatirində ən dadlı bakı konfeti kimi qalacaqlar

Bakılılar evə gələn qonağa “çay içəcəksiz??” deyə axmaq suallar vermirlər,

Onlar təzə çay dəmləyib süfrəyə heç olmasa əncir mürəbbəsiylə verirlər

 

Qısası, əgər sən Bakıda doğulmusansa, demək, bu, əbədidir!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma