Qədim zamanlarda bir hökmdar varmış. Zənginliyi bütün dünya tərəfindən bilinərmiş.

Hökmdar hər getdiyi yerə xəzinəsinin bir hissəsini aparar və bunları sərgiləməkdən qürur duyarmış.

Hökmdarın həyatda ən çox güvəndiyi müdrik müəllimi imiş.

Günlərin bir günü müdrik adamla oturarkən hökmdar belə bir sual verər:

“Sən ki göyün sirrinə çatmış, elmə istiqamət vermiş bir adamsan.

İnsanlar, istər hökmdar kimi güclü, istər döyüşçülər kimi şərəfli olsun, ayağına bağlanar,

ağzından çıxacaq bir sözü gözləyərlər. İndi sənin kimi müdrik bir adamın fikriylə maraqlanıram,

mənim hökmdarlığım və sərvətim haqqında nə düşünürsən?”

Müdrik bu sual qarşısında hökmdarın gözlərinə baxaraq bu sözləri demişdir:

“Deyək ki hökmdarım, isti və ucsuz bir çöldəsiniz.

Ölməmək üçün sizə uzadacağım bir stəkan suya sərvətinizin yarısını verərdinizmi?”

“Verərdim təbii.”

“Zaman keçdi deyək, susuzluğunuz artdı, sizə uzadacağım bir sonrakı stəkana sərvətinizin o biri yarısını da verərdinizmi?”

Hökmdar bir az düşünər və ardından “Ölməmək üçün bəli.” deyərəm.

Bu cavabdan sonra müdrik adam gülərək bu sözləri deyər:

“Madam elə, o zaman çox da öyünməyin. Çünki hökmdarım, sizin sərvətiniz yalnız iki stəkan sudur.”

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma