İki il əvvəl ölən qadının övladı oldu

 

Doğulan körpə anasına bənzəyir

İki il öncə vəfat edən qadının övladı doğulub.Rusiya mətbuatına istinadən verdiyim məlumata görə, Karen Ayeş və Nisim Ayeş adlı cütlüyün oğlu olub. Cütlük qadında xərçəng xəstəliyi tapılmamışdan öncə ekstremal vəziyyətdə istifadə üçün bir necə embrion dondurub. Ölümündən öncə Karen həyat yoldaşından onun embrionlarından istifadə etməsini xahiş edib.

Dəfn mərasimi başa çatandan sonra ölkənin Səhiyyə Nazirliyinin rəsmiləri ailə başçısına embrion verməyə razı olublar. Ancaq onlar İsrail ərazisində istifadə edilməməsi haqqında şərt qoyublar. Bu, ölkənin qanunları ilə əlaqədar olub. Belə ki, embrionu surroqat ananın bətninə yerləşdirmək üçün hər iki valideynin icazəsi lazımdır. Ancaq Ayeş ailəsinin vəziyyətində bu mümkün olmayıb.

Nəticədə kişi ABŞ-da surroqat ana tapıb və prosesi başladıb. Uşaq doğulmağa az qalanda isə Nisim və keçmiş həyat yoldaşının valideynləri ABŞ-a gediblər. Ailə başçısının sözlərinə görə, uşaq həm onun özünə, həm də doğma anasına bənzəyir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma