-Canın başın soruşulanda -Həkim zadsan cavabı verilir.

– Bozbaş mahnılar adlı musiqi janrı var.

– Varatnikli köynək geyinənlərə İzzətin xalası oğlu deyirlər.

– Qız uşağı çox gülməz və oğlan ağır olar ifadəsi var.

– Pulu olan tələbə oxuyur.

-Qapı döyüləndə işıqları söndürürlər.

– Ata oğluna köpək uşağı deyir.

– Avtobusda bir az da mehribanlaşın ifadəsi məşhurdur.

-Dəliyə hər gün bayramdI və ya dəli qırmızını sevər ifadələri var.

– Bir instituta girən sevinir, bir də oranı bitirən.

– Mağazaların qapısına nisyə mal verilmir və ya alınan mallar geri qaytarılmır ifadələri yazılır, amma nisyə dəftəri dolu olur.

– Müəllimə bayramda gül dəstəsi vermək təhqirdi.

-Ölsəydin, halva yeyərdik ifadəsi mövcuddur.

– Hər oxuyana ulduz deyirlər.

– Siqaret çəkirsən? – sualına həri cavabı verərlərsə, “bəs xəcalət çəkmirsən” – sual ilə yenidən müraciət olunur.

– “İçirsən” – deyə soruşulanda, “o nə sözdü, kişi deyiləm?” – cavabı gəlir.

– Avtobusla yol gedəndə adamın ürəyi mədəsinə düşür.

– Qızıl dişi olan ağzı acıq gəzir.

– Hər şeyin yaxşısı xarici vətandaşlar üçündür.

– İnternet sırf əyləncə üçündür.

– Dəymədüşər sözü mövcuddur.

– Şirinlik pul hesab olunur.

– Avtobuslara “avtobusda itən əşyalara görə sürücü cavabdeh deyil salonda siqaret çəkmək olmaz” yazılır, amma sürücülər içərini tüstülədirlər.

– Qaqaşlar maşın üçün maqnitofon yox, maqnitofona görə maşın alırlar.

– Qızlara az, oğlanlara isə əə.. deyə müraciət olunur.

– Hər bil malın orijinalı ilə bərabər poddelkası da mövcuddur.

– Avtobusu istədiyin yerə sürdürmək və dayanacağından kənar yerlərdə saxlatdırmaq olar.

-Maşını ikitəkər qaldıran sürücüyə avtoş deyilir .

-Maşının nömrəsini qaraltmaq dəbdədir.

– Danışarkən, yazışarkən, sms-ləşərkən şablon cümlələrdən və sözlərdən istifadə olunur.

– Hərbiçiyə qız verilmir.

– Əsgəri nəqliyyatlara buraxmırlar.

-Nəqliyyatlara gediş haqqı qiyməti vurulur.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma