Salam Həyat!

 

Səni yaşamaq məcburiyyətindəyik, sən də bizə bir az yaxşı davransan? Bir az daha məqbul olsan nə olar? Həyat səni məhv etmək istəyirəm bəzən, sənə ola bildiyincə zərər vermək istəyirəm. Amma bir baxıram ki; əslində zərəri özümə verirəm. Bu qədər namərdsən bəzən…

Qarşımda bir siluetin belə yox, küfrlər edəcək, yumruqlar vuracaq, zərər verib bir parça qisasımın alınmasına iştirak edəcək bir siluetin belə yox…

Həyat sən nə mənəm bir şeysən, istədiklərini edirəm, qoyduğun bütün qaydalara riayət edirəm və bu səfər yaxşı davranacaq deyirəm amma yenə bəyənmirsən etdiklərimi. Etdiklərimin daha çoxunu istəyirsən hər daim…

Səni yaşamaq istəmirəm amma o zaman da gücüm çatmır səni buraxmağa… O biri həyat məni sahiblənsin, gedincə məni yaxşı qarşılasın, mənə sənin vermədiyin dəyəri versin deyə səni hər şeyə baxmayaraq buraxa bilmirəm. Buraxmaq çox asan əslində, amma gözə götürməkdir buraxmaq… Səni buraxmağı deyil o biri həyatı da sənin kimi yaşamağı gözə ala bilmirəm …

Həyata gözəl görünüm deyə çalışıram, çalışıram amma yenə çirkinlik edirsən həyat. Gözəl şeyləri təqdim etmirsən mənə gözlədiyim zaman gözəllikləri. Mən sənin olmadıq zamanda, işə yaramayacaq anda etdiyin sürprizləri istəmirəm həyat… İstəmirəm zamanında vermədiyin, çox gördüyün xoşbəxtlikləri, gözəllikləri istəmirəm həyat.

Üsyan edirsən deyib üstə çıxmağa iş, üsyan etmirəm mən, etsəydim tərk edərdim onsuz da dərhal səni, o biri həyata yelkən açmışdım indi. Onsuz da gedəcəyik hamımız, səssiz gəmilər gözləməkdə ola limana. Amma mənimkisi üsyan sayılmaz, bir az daha dözürəm sənə… Cavab verməyəcəyini bilərək, cavab verə bilməyəcəyini, cəsarətinin olmadığını bilərək sənə bu məktubu yazıram.

İzah etmək istədiyin şeyi anlayıram sanki, deyirsən ki; “Mən həm cənnətinizim həm cəhənnəminiz, ikisini də daddırıram… İkisindən də dadın ki, hazırlıqlı olun.” deyirsən. Deyirsən amma bizi sınamaq üçün müqayisə etdiyin maneələri, çətinlikləri aşdıqca daha çoxunu çıxardırsan qarşımıza… Sənin üçün imtahan demişlər idi daha əvvəl mənə… Haqlılarmış…

İmtahansan amma imtahanında asanı olar… Həmişə çətin suallar çıxardırsan qarşıma həyat… Həm nə olur mənim sahəmlə əlaqədar suallar soruş… Həll edə bilmirəm bu sualları, edə bilmirəm… Bildiyim yerlərdən çıxart suallarını həyat…

Həyat sənə mahnılar söyləmişlər, ağılar yandırmışlar, fəryadlar etmişlər… Heç vicdanın yoxmuş sənin həyat… Birinə də mərhəmət et söyləyənlərin. Yalansan, saxtasan deyirlər sənə… Xeyr, gerçəksən amma o qədər də qorxaqsan, qorxaqsan amma o qədər də namərdsən… Sən gerçək bir qorxaq namərdsən həyat…

Sənlə barışıq olmaq, sənə boyun əyməksə əgər, əymirəm boynmu… Nə edəcəksənsə et. Sənə uyğunlaşma təmin etmək, etiraz etməməksə, etiraz edirəm… Baş qaldırmamaqsa, baş qaldırıram. Et edəcəyini həyat!

Madam mənə zərər verdin bir dəfə, madam məni seçdin içlərindən insanlığın… İstədiyin qədər vur, istədiyin qədər zərər ver!

Dik dayanacağam qarşında… Ağlatsan da gözlərimi, dağlasan da ürəyimi, alsanda sevdiklərimi, oynasan da ən namərd, ən pis oyunlarını dik dayanacağam. Səni güldürməyəcəyəm! Bəli bacaracaqsan yenə amma bu müvəffəqiyyətlərin sənə həzz verməsin, verməyəcək onsuz da həyat!

İtirəcək bir şeyimi buraxmadın onsuz da, daha nə namərdliklər, nə pisliklər edəcəksən bilə bilmərəm amma sən bunu bil ki; dik dayanacağam qarşında, Məğlub etsəndə də zəfər qazanmayacaqsan! Məğlub etsəndə də xoşbəxt ola bilməyəcəksən bu dəfə!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma