Bu yaxınlarda Facebook da Nerim Nehmetova adlı istifadəçi yazmışdı ki, “qorxuram gələn il Eurovision-2012” ermənilər qalıb olsunlar”…

Bax o zaman peşmanşılıq olar. Bir il ərzində Eldar və Nigar olan alqış və fərəf bir anlıq nifrət və kədərə dönsün. Amma yox olmaz bele biabırçılıq…

Demək bu avropalılar da çox qəribə xüsusiyyətlər var. Əgər etiraz etməsəz, istəyirəm onların “qəribəliklərinindən” bəzisini burada bir az sadə, lap sadə dillə – lap nənəmin dili ilə səsləndirim. Düzünü desəm bu barədə çox fikirləşmişdim, amma sonra bunu virtual aləmə çıxartmaqdan imtina etdim. Fikirləşdim ki, indi tam zamanıdır. Bəlkə elə lap sıralama ilə göstərim. Yaxşı fikirdi…

1. Özləri Asiyada insan öldürürlər, amma gedib Afrikada heyvan qoruyurlar, ötən illərdə Çində ( lap dəqiq olmasa, amma 100% Asiya ölkəsi idi) bir Panda balası “xəstələnmişdi” və bütün Avropa həyəcan təbili çaldı. Ay aman durmayın balaca canlı öləcək !!! Amma XX əsrin son on illiyinin, Yuqoslaviya, Əfqanistan, Qarabağ, Çeçenistan, İraq, Fələstin müharibələrin birbaşa və yaxud dolayı yolla istirakçisi olan Qərb döyüşlərdə hətta, insan orqanizminin satıcısı və alıcısı olub. Yəqin ki, bunlar heç kimə sirr deyil.

2. Özləri atom silahları-nüvə arsenalına malik olduqları halda , amma Şərqdə, lap dəqiq yaxin Şərqdə atom olmaz, halbuki, atom bombasının ilk canlı sınağını Şərqdə-Yaponiyada 66 il öncə keçirdilər. Bu ölkədə hələ də insanlar 1945- ci il faciəsindən şikəstdirlər. Amma indi Uzaq Şərqlə işləri yoxdur, indi məsələ “qara qizil- neft” davasıdır. Sorüşula bilinər ki, bəs İsrail Yaxın Doğu ölkəsi deyil ??? sadə diqqət Yəhudi dövlətində “nöüt” ( neft ) yoxdur. Həmdə bura, Qərbin Asiyada ən böyük hərbi bazası funkisiyasını yerinə yetirir.

3. Özləri Millətçilk, tərəfkeşlik, yerçilik edirlər, amma bizə gələndə bizə deyirlər “nasist”siz??? Amma 1 az dünyanın gözünə kül üfürüblər. Əsrlərdi “zənci- neqr” deyib dışladıqları ( hər yaxşı şeydən uzaq tutduqları) qara dərli insanlara bir yer verirlər. 2008-ci il ABŞ da prezident seçkilərini qara dərli Barak Obama qalıb gəldi. Bu isə Qərb diplomatiyasında “demokratiyanın” ən böyük qələbəsi kimi qiymətləndirilir. Amma necə deyərlər “keçəl Həsən, Həsən keçəl”… yarı müsəlman, yarı xristian olan Obama ərəb ölkələrində müsəlman qardaşlarının bir-birini öldürməsinə həm seyricidir, həmdə Qərbin ərəbləri bombalamasına düymə sıxandı. Aferin sənə cənab Obama !!!

4. Özləri çox güclü sürətdə dindarlıq edirlər, kilsəyə səcdə edir, toyunu kilsədə edir ( sonrada kilsədə narkotik, insan alveri, silah gizlətmək kimi iyrənc işlər görür), amma bizə gələndə isə deyir siz “ xurafatçısız, köhnəlikdə boğulursuz, sizə “ feformasiya” lazımdır. Ilk şərtləri “toelerant”lıqdır, özləri neynir? Belə edirlər: müsəlmanın belinə, xristianı, xristianında ustündə yəhudini əyləşdirir. Yəqin hər kəsin xatirindədir, bu yaxınlarda İspaniyada keçirilən rəsm sərgisindəki Rəssamın “əl işi”…

5. Özlərində polis insanları heyvan kimi döyür, qadın, uşaq tanımır tapdalayır, amma bizə gəlib “polis və vətəndaş” münasibətlərindən seminarlar və treninglər keçirlər. Bütün dünya Quantanama da baş verənləri bilir. Orada heç bir insanlıqdan söhbət gedə bilməz. Adını terrorist qoyub insanları bəzən “zombiləşdirib”, öz millətinə qarşı çevirtdirirlər.

6. Özlərində insanların milyardlarla valyutası və malikanəsi var, bizdə olanda deyirlər “qeyri-qanunidir, və ya şirkli pullardır”. Maraqlıdır bəs bunlar Şərq Milyonçusundan pulu alıb banka yatıranda niyə soruşmurlar bu pullar səndə hardandir??? Məsələ aydındır… Çox bəsit, yəqin bu adamın çirkili pulunu sonra dondurub, silinmiş adı ilə mənimsəmək asan olur. Sonuncu Şahı pulları kimi…

7. Özləri BMT kimi təşkilatı saymırlar, Qarabağ münaqişəsində Qurumun 4 qətnamənin sorağında deyillər, kağızın üstünü toz basıb, amma özləri “bmt”nin qətnaməsini Əfqanistanda, İraqda, Liviyada səhra tozunda qanla palçıq edirlər. Amma biz müharibə havası çalan kimi, tökülüşüb gəlirlər. Ay aman etməyin, bəs Sülh danışıqları varmış…. Amma Mübarəklə, Kadafilə, Əsədlə danışıqlardan imtina edir və tələb edir bəs “insan haqqları” varmış. Görən Köçəryanlar, Sarkisyanlar ərəb liderlərindən hansı cinayyəti az işləyiblər???

8. Özləri Quantanamada (ABŞ da) öz milləti və dövlətinin özgürlüyü uğrunda Qəhramanları elektirik stolunda canını alınır, amma burada vətən xaini, minlərlə günahsız türkün qanını içən APO nu- Abdulla Öcalanın Türkiyədə İmralıda ciddi mühafizəsinin və təhlükəsizliyinin təşkilatçısı, 26 Fevral Soyqırmını(GENOSİDini) tanımayan Azərbaycanda Eynulla Fətullayevin “azadlığı” uğrunda dəridən qanığdan keçirlər. Çox böyük paradoksallıq var.

Kimsə deyə bilər bunların “Eurision-2012” ilə nə əlaqəsi var??? Amma var, özləridə etiraf edirlərki, “eurision” daha çox siyasi mahiyyət daşayır. Biz bu il böyük, həmdə əzimli qələbə qazandıq, demək Avropa siyasi müstəvisində öz sözümüzü demişik. Məsələ burasındadırki, bunlara inanmaq olmaz, etibarları aldıqları nəfəs qədər dəyərsizdir. Hamımızın yaxşı xatirindədirki, AŞ-nın Prezdenti Coze Manuel Barossa Bakıda olanda Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin pozulduğunu fikirini desə də, gedib Avropada bu fikirləri dediyini təkzib etdi. Indi bunlara inanmaq “quzunu canavara tapşırmağa” bənzəyər. Axı biz müsəlman-türk dövlətiyik, təbii və intelektual ehtiyyatı zəngin olan ölkəyik. Onlarda isə minillik “xristian həmrəyliyi, güclu xristian təşübkeşliyi” var. Nə olmasa da erməni xristiandır. Bakıda onu qalıb etməyin başqa ləzzəti olardı onlar üçün. Mən bura qədər sadə, hamının bildiyi məsəlləri işıqlandırdım, yerdə qalanı siyasətçilərin işidir…

 

R.S Avropalı jurnalist Eurision-2012 qalibləri Ell və Niki ə sual verir, “Siz bilirsiz eurision gey-parad müsabiqəsidir???” Mən başa düşə bilmirəm bu 54 il ərzində eurision “gey-parad” olmadı, bizə gələndə oldu?…

 

2 cavab »

  1. Rasul deyir ki:

    Ermenistan gelmeyecek Bakiya.

  2. kooperasiya deyir ki:

    Ermenilerin gelib gelmeyeceyi helede bilinmir!!!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma