1. Qız yükü duz yükü.

2. Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar.

3. Qız qızıl alma, qızı gözdən salma.

4. Qız qaldıqca qızıl olar, yox xəbəri oğlanların.

5. Qızını döyməyən dizini döyər.

6. Anası tərifləyən qızın qiyməti olmaz.

7. Qızı özbaşına buraxsan ya halvaçı tapar, ya da zurnaçı.

8. Anasına bax qızını al.

9. Atasına oxşayan qız xoşbəxt olar.

10. Anası gəzən ağacı qızı budaq-budaq gəzər.

11. Qeyrətsiz oğuldansa kor qızım olsa yaxşıdır.

12. Qızı kimə ərə versən udarsan.

13. Qız qapısı şah qapısı.

14. Qızım sənə deyirəm, gəlinim sən eşit.

15. Qonşum qonşu olsa kor qızım ərə gedər

 

7 cavab »

  1. velizade dedi ki:

    oglanlarin qizlardan basi cixmaz.qiz qizildir.oglan ise baxirda

  2. ILKIN dedi ki:

    UY DAAAAA NE ZORDU BU

  3. Tsubasa Ozora dedi ki:

    qizlra hormet oqlanlara nifret

  4. nurgul dedi ki:

    heqiqetende eledir

  5. ele ogul varki kor qiz ondan yaxshldlr

nurgul üçün bir cavab yazın Cavabı ləğv et