Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Krans Montana Forumunun ali mükafatına layiq görülməsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Nüfuzlu “Star” qəzetinin “Obama və Ərdoğandan sonra Əliyev də Krans Montana Forumunun ali mükafatına layiq görüldü” başlıqlı xəbərində deyilir ki, Azərbaycan dövlətinin başçısı ABŞ Prezidenti və Türkiyənin Baş naziri ilə birlikdə bu mükafatı alan üçüncü liderdir.

Qəzetin xəbərində o da vurğulanır ki, Brüsseldəki “Le Plaza” otelindəki mərasimdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın enerji sektoru ilə yanaşı digər sahələrdə də inkişaf etdiyini söyləyib, Ermənistanın Dağlıq Qarabağ probleminin həllinə dair mövqeyini tənqid edib.

“Bəyaz qazete” isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamentinin sədri Yeji Buzeklə görüşü və keçirdiyi birgə mətbuat konfransı haqqında məlumat verib. Qəzetin dərc etdiyi xəbərdə vurğulanır ki, dövlətimizin başçısının Brüsseldə Avropa İttifaqının genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa İttifaqının prezidenti Herman Van Rompey ilə görüşləri də faydalı olub.

Türkiyənin rəsmi “Anadolu” və “Cihan” xəbər agentliklərinin xəbərlərində də Azərbaycan Prezidentinin Avropa İttifaqı və Avropa Parlamentinin rəhbərləri, habelə dövlət və hökumət başçıları ilə görüşlərinə geniş yer verilib. Bu çərçivədə Prezident İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyətini vurğulaması, onun Azərbaycan ərazilərinin işğalına son qoyulması məsələsində qətiyyəti xüsusi olaraq qeyd olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma