Azəbaycan tarixini azdan çoxdan hamımız bilirik. Azərbaycan ta qədim ölkədir. Və hər zaman zəngin təbii sərvətlərinə görə yadellilərin diqqətini özünə çəkib. Amma ən çoxda Azərbaycana ruslar tarixin hər mərhələsində xətərlər yetirib, işğalda saxlayıb və nəhayət Gülüstan və Türkmənçay sülh müqavilələri ilə ikiyə ayırdı və Azərbaycan bir də birləşə bilmədi. Bunları bəlkə bəzi tarixi bilməyənlər bilməyə bilər. Amma bunu isə hətta savadı olmayanlarda bilir ki, erməni-azəri münaqişəsində ermənilərin arxasında rusların durduğunu. Amma bizim bəzi deməzdim çox insanımız rus dilini öz ana dili bəlləyib.

Mən ruscanı bilmirəm. Bir ara öyrənməyə çalışdım. Sonra düşündüm ki, yetərincə ruscayı ana dilimiz kimi bilənlər var. Mən bilməsəm də olar.

Niyə insanlarımız rus dilini cəh-cəh kimi bilibdə ana dilimiz azərbaycancanı danışmır. Bakıda artıq azəricə danışan insanların sayı azalır. Mağazaya girirsən rusca, həkimə gedirsən rusca hər yerdə rusca… Niyə?

Rusiyaya gedək ruslar bəlkə azəriləri tanımırlar belə, nə ki dilimizi. Amma biz Azərbaycanımızda ana dilimizi danışmaqda həm çətinlik çəkirik, həm də ana dilimizi danışmayıbda rus dilini əzbər danışmaqla fəxr edirik. Biz dilimizə,

millətimizə, adət – ənələrimizə qiymət qoymasaq heç bir millət bizi nə tanıyar, nə də qiymət qoyar.

Tamam anladıq bunu sovet dövrü insanların hətta düşüncəsini belə əsir alıb ruscanı yeridib beyinlərinə. Amma bəs biz gənclər… Biz ki sovet dövrünü görməmişik, bəs biz niyə dilimizi qorumuruq. Biz xarici ölkədə deyilik hər hansı dili danışırıq. Biz öz vətənimizdəyik. Burada öz dilimizi danışmağı vətənimizə borcluyuq. Ona görə də azərbaycana gələn turistlərdə qoy azəricəni öyrənsinlər. Amma biz bunun üçün şərait yaratmırıq.

Hətta elə ailələr görmüşəm ki, evdə azəricəni heç kim danışmır – sanki ayıbmış kimi… Balaca dil açanda ana dili kimi rus dilini öyrənir. Bunlar mənim çox xətrimə dəyir… Əlbəttə çox dillər bilmək gözəl şeydi, ancaq öz dilini unutmaq dərəcəsində deməyiblər.

Heç olmasa ətrafımızda belə halları görübdə rus dilini deyil, ana dilimizi təbliğ edək – öz ana dilimizi, Azərbaycanımızın dilini. Heç olmasa oturan yerdən bunu vətənimiz üçün edək..

Bir cavab »

  1. seadet musayeva deyir ki:

    Yalniz Azerbaycanda bezileri ucun rusca danisanlar “seviyyenin seviyyesi”, ana dilinde danishanlar da “cushka” sayilir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma