Bu gün Azərbaycanın 4 Milli qəhrəmanın ad günüdür.Zakir Məcidov, Yavər Əliyev, Malik Əsədov, Ruslan Muradov iyunun 27-də doğulublar.

Zakir Nüsrət oğlu Məcidov 1956-cı il Neftçala rayonu Həsənabad kəndində anadan olub. O, aviasiya zabiti olaraq 1992-ci ildə “N”saylı hərbi hava hissəsində hərbi vertolyot komandiri təyin edilmiş, Ağdərə isitiqamətində hərbi əməliyyatlarda dəfələrlə şücaət göstərmiş, Aterk kəndində ermənilərin qərargahını darmadağın etmiş, düşmənin xeyli texnikasını sıradan çıxarmış, 1992-ci il avqustun 6-da düşmənin Kasapet yüksəkliyindəki 3 mövqeyini dağıtmış, 4-cü dəfə havaya qalxaraq döyüşə girmiş və qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Yavər Yaqub oğlu Əliyev 1956-cı il Bakı şəhərində anadan olub. Aviasiya zabiti olaraq hərbi vertolyotun ikinci pilotu, sonra isə komandiri kimi Qarabağ müharibəsində rəşadətlə vuruşub, MDB hərbi hissələrindən Azərbaycana hərbi vertolyotların gətirilməsində müstəsna xidmətləri olub, 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulmuş, qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 235 saylı məktəb onun adını daşıyır.

 

Malik Hamil oğlu Əsədov 1962-ci il Yevlax rayonu Havarlı kəndində anadan olub. 1990-cı ildən başlayaraq Xocalı, Əsgəran, Ağdam, Şuşada gedən döyüşlərdə iştirak edib, 1992-ci il yanvarın 18-də Şuşa rayonu Nəbilər kəndi yaxınlığında rəhbərlik etdiyi 6 nəfərlıik bölüklə düşmənin onqat artıq qüvvəsinə qarşı döyüşə girib, sonda tək qalır, lakin axıra qədər vuruşur, düşmənin kəndə girməsinə imkan vermir və qəhrəmancasına həlak olur. Havarlı kəndində dəfn edilib, kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində büstləri qoyulub.

 

Ruslan Həmid oğlu Muradov 1973-cü il Mingəçevir şəhərində anadan olub. O, 1992-ci ildə Milli Ordu sıralarına daxil olub, Ağdam və Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edib, Papravənd kəndinin müdafiəsində xüsusi fədakarlıq göstərib, 1992-ci ilin avqustunda düşmən tərəfindən vurulmuş təyyarənin heyətinin xilas edilməsi əməliyyatına rəhbərlik edib, 1992-ci il avqustun 22-də Gülyataq kəndinin azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına həlak olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma