Hadisə Bakıda baş verib. Bir müsəlman qardaşımızın ailəsində.

Hadisənin şahidi olmuş qardaşımız danışır ki, bir gün o, öz müsəlman qardaşını ziyarət etmək üçün onların evinə gedir. Evdə camaatın narahat halda o yan bu yana getdiklərini görür və səbəbini soruşanda məlum olur ki, ev sahibinin 13, 14 yaşlı oğlu bərk xəstələnib, vəziyyəti çox pisdir. Biri həkim dalınca, biri maşın dalınca hərə bir tərəfdə başını itirmiş halda dolaşdıqları vaxt qonaq uşaqla otaqda tək qalır və başlayır ona Lə İləhə İlləllah kəlmsini telqin etməyə. Uşağa başa salır ki, Lə İləhə İlləllah de Allah səni Cənnətə daxil etsin. Bir neçə dəfə təlqin etdikdən sonra uşaq Lə İləhə İlləllah deyir və dünyasını dəyişir.

Evdəkiler artıq uşağın öldüyünden xeber tutub uşaq olan otağa geldiklerinde uşağın öldüyünün, qonağın ise ağladığının şahıdı olurlar. Lakin uşağın atası onun dostunun üzünde keder deyil, sevinc göz yaşları görəndə təəccüblənir ve dostuna deyir:

“Sən nəyə sevinirsən? Mənim oğlum ölüb sən isə sevincdən ağlayırsan!”

Qonaq ona deyir:

“Mən onun ölümünə sevinmirəm. Əksinə mən onun müsəlman kimi öldüyünə sevinirəm”

Valideyinleri ona etiraz ederek: “Meger o müselman deyildi ki, məgər o kafir idi? Əlbəttə o müselman idi ve müselman kimi də öldü” – dedikde qonaq onlara hər şeyi olduğu kimi başa salmağa başladı.

“Siz məni düzgün başa düşmədiniz. Sizin oğlunuz Lə İləhə İlləllah deyərək öldü”

Bu sözdən heyrətə gələn uşağın atası dostuna: “Sən nə danışdığını heç bilirsən? Mənim oğlum anadangəlmə lal idi! O danışa bilmirdi!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma