Bu gün yüzlərlə gənc 1990-cı il yanvarın 20-də həlak olmuş İlhamın və onun ölümünə dözə bilməyərək intihar edən Fərizənin toy gününü Sevgililər Günü kimi yaşayır. Hər il iyunun 30-da sevənlər bu günü qeyd edir.

30 iyun 1989-cu il bu tarix Şərq dünyasında Leyli və Məcnun dastanından sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoyub. Bu gün Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanını gətirib. Kiçik yaşlarından bir yerdə böyüyən İlham və Fərizə tanışlığı daha sonra onların öz ocağında yaşamalarına vasitə olub. çox az bir zaman ailə həyatı yaşayan bu cütlüyün məhəbbəti əslində illəri, bəlkə də əsrləri əhatə edirdi. Lakin təmiz məhəbbətlə bir-birilərini sevən bu gəncləri acı tale ilk gündən izləməyə başlayıb.

Fərizənin anası Bağda Nəbiyeva deyir ki, nişanı günü nişan gələn maşının yan şüşəsi hamısı tökülüb yerə ovxalanıb. İlham çox peşman olub ki, bu gün nəyə görə şüşələr sınıb.

İlham Fərizə sevgisi adi, sıradan məhəbbət deyildi. Bu sevgi tək gənclərin bir-birinə olan istədiyi deyildi. Yəni İlham vətənə olan məhəbbəti uğrunda şəhid olub. Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın yolunda öz həyatına son qoyub. Şəhid sevgilisinin cənazəsi yanından çəkilməyən Fərizə ona yalnız bir vəd verib.

Fərizənin qardaşı arvadı Səadət Nəbiyeva həmin günü belə təsvir edir. “Fərizə sirkə tapıb. Sirkə içməmişdən qabaq İlhamın paltarlarını yığıb. Onunla söhbət edib, sonra da sirkə içib”.

İlham və Fərizənin şərəfli ölümləri gənclərə sevməyi və sevilməyi öyrətdi, özü də pak, təmiz məhəbbətlə. İlhamın anası Ofelya İbrahimova da hər kəsə İlham Fərizə taleyi yox, məhəbbəti arzulayıb: “üzümü tutub yeniyetmə gənclərimizə tövsiyyə eləyərdim ki, onlar ailə quranda sevgi-sevəndə İlham kimi, Fərizə kimi öz sevgilərinə sadiq olsunlar”.

Bu gün İlham və Fərizə minlərlə ananın övladının, neçə-neçə gəncin qəlbində sevgi idealına çevrilmiş qəhrəmanlardır. Məhz onların bu məhəbbəti, ailə qurduqları günü – iyunun 30-nu Azərbaycan

3 cavab »

  1. seadet musayeva deyir ki:

    ALLAH qeni-qeni rehmet elesin!

  2. Eliz deyir ki:

    Men jurnalistem..ve Tural cox xahi. edirem mene deye bilersiz Ilham ve Ferizenin valideynleri ile nece elaqe saxlaya bilerem?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma