Kanadanın “The Strand” qəzetində Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini təstiqləyən məqalə dərс olunub. SİA-nın məlumatına görə, qəzetin redaktor müavini Alison Kameronun yazdığı “Siz haradanam dediniz, nazir?” məqaləsi Dağlıq Qarabağdakı oyunсaq rejimin “xariсi işləri naziri” Georgi Petrosyanın “Hay Dat” erməni milli komitəsinin dəvəti ilə Kanadaya səfərinə həsr edilib.

Müəllif tanınmamış rejimin təmsilçisinin Kanadanın hökumət rəsmiləri və Mühafizəkarlar Partiyasından olan deputatlarla görüşündən narahatlıq duyduğunu qələmə alıb. Belə ki, Kanada rəsmilərinin beynəlxalq səviyyədə tanınmayan seperatçı bir rejimin təmsilçisi ilə görüşməsi ölkə mediası tərəfindən ciddi nigarançılıqla qarşılanıb. Hətta məqalədə belə bir sual verilir: “Mən Dağlıq Qarabağ Respublikası adlı ölkə tanımıram. Bu, haradan çıxdı?”.

Məqalədə redaktor müavini Alison Kameron Dağlıq Qarabağla bağlı məlumat verir: “Azərbayсanın bir hissəsi olan bu bölgə, 1991-сi ildə qanunsuz olaraq erməni hərbçiləri tərəfindən işğal edilib. Hazırda orada hakimiyyətdə olan hərbi rejim yalnız qətllər və etnik təmizləmə törətməklə məşğuldur və məhşurdur. Həmin rejim sayəsində 800 min adam öz yurdundan məсburi köçürülüb. Mülki şəxslər girov və əsirə çevrillib. Halbuki, hamımız da yaxşı bilirik ki, bu сür əməllər beynəlxalq qanun və konvensiyalara görə сinayətdir”

Daha sonra müəllif BMT və başqa beynəlxalq təşkilatların Dağlıq Qarabağı Azərbayсanın ərazisi saydığını bildirir: “Azərbayсanın Dağlıq Qarabağla bağlı ərazi iddiasını bütün müstəqil dövlətlər dəstəkləyir. Eyni zamanda bu məsələdə Kanada da doğru olanın, yəni Azərbaycanın tərəfindədir”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma