Danışılmış oyunlarla bağlı istintaq çərçivəsində bir çox klub rəhbəri, futbolçular, məşqçilər və menecerlər saxlanılıb

“Futbolda danışılmış oyunlar istintaqı” daxilində edilən araşdırmalar sonrasında Fənərbaxça Klubu Başçısı Əziz İldırım və bir çox ad nəzarətə alındı.

Nəzarətə alınan adların arasında Fənərbaxçanın yeni transferləri Emenike və Sezər Öztürk də var. Ayrıca nəzarətə alınanlara Fənərbaxçanın əfsanə oyunçusu Cəmil Turan da əlavə olundu.

Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinə bağlı qruplar, futbolda satılmış oyunlarla iddialarına bağlı texniki təqibin ardından İstanbulda bəzi evlərə səhər saatlarında əməliyyat təşkil etdi.

O, əməliyyat daxilində nəzarətə alınan adlar;

Fənərbaxça Klubu Başçısı Əziz İldırım

Fənərbaxça Klubu başlan müavini Şekip Mosturoğlu

Fənərbaxça Klubu İdarəçisi İlhan Ekşioğlu

Fənərbaxçanın yeni transferi Sezər Öztürk

Fənərbaxçanın yeni transferi Emenike

Sivasspor Klubu Başçısı Məcnun Odyakmaz

Eskişehirspor İdman DirektörüÜmit Qurun

Eskişehirspor Texniki Direktoru Bülent Uyğun

Ankaragücünün yeni transferi Serdar Kulbilge

Gənclərbirliyi Klubu futbolçusu Serkan Çalık

Keçən il Sivassporda kirayəlik forma geyən qapıçı Korcan Çelikay

Adanaspor Texniki Direktoru Levent Eriş

Adanaspor Köməkçi Məşqçisi Sərdar Berkin

Altay Klubu Ümumi Müdiri Erman Ertaş

Fənərbaxçalı Futbolçu Əmərənin əmi oğlusu

Türkiyədə ölkə futbol tarixinin indiyədək görünməmiş ən böyük və ən geniş miqyaslı polis-istintaq əməliyyatı keçirilir.Bu gün səhər tezdən polis “Fənərbağça”nın çempionluğu ilə nəticələnən 2010/2011 futbol mövsümündə danışılmış oyunlarla bağlı istintaq çərçivəsində 15 şəhərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

İstanbulda Türkiyənin ən böyük idman klublarından biri olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs edilməsi xəbəri ölkə ictimaiyyətini şoka salıb. Ə. Yıldırım evində yaxalanaraq İstanbul Əmniyyət Müdirliyi (polis idarəsi) binasına aparılıb. Onun evində, “Fənərbağça” klubunun binasında və klubun “Şükrü Saraçoğlu” stadionunda axtarış aparılıb. Ə. Yıldırımdan sonra klubun vitse-prezidenti Şekip Mosturoğlu, klub direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi də həbs edilib. Bundan başqa, “Fənər”in bu sezon “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadır. E. Emenike ötən mövsümün 2-ci yarısında “Fənərbağça” ilə matçdan əvvəl zədəli olduğunu bəhanə göstərərək oynamayıb. Sonradan Emenikenin zədəli olmadığı ve “Fənərbağça” ilə transfer razılığına gəldiyi üçün oynamadığı bəlli olub. S. Öztürk isə “Əskişəhərspor”un aparıcı futbolçularından biri olmasına baxmayaraq, “Fənər”lə oyunda müəmmalı şəkildə çox zəif oyun nümayiş etdirib və 42-ci dəqiqədə əvəzlənib. Hər iki futbolçunun sezon bitdikdən sonra “Fənərbağça”ya transfer olması şübhələri daha da artırıb.

Əməliyyatı genişləndirən Türkiyə polisi “Əskişəhərspor”un baş məşqçisi, uzun illər “Fənərbağça”da oynamış Bülənt Uyğun və “Əskişəhərspor”un idman direktoru Ümit Karanı da həbs edib. Xatırladaq ki, “Fənərbağça” hazırda istintaq tərəfindən araşdırılan o qarşılaşmada “Əskişəhərspor”u 3-1 hesabı ilə məğlub etmişdi.

İstintaq tərəfindən araşdırılan digər şübhəli qarşılaşma isə çempionatın sonuncu turunda oynanılan “Sivasspor” – “Fənərbağça” matçıdır. “Sivasspor”un prezidenti Məcnun Odyakmaz, komandanın qapıçısı Korcan Çelikay, komandanın kapitanı olmuş və bir neçə gün əvvəl “Əskişəhərspor”a transfer olan Mehmet Yıldız da bu istintaq çərçivəsində həbs edilib. Qapıçı Korcan “Fənər”in 4-3 hesabı ilə qalib gəldiyi qarşılaşmada şübhəli qollar buraxmışdı.

Həbs olunanlar arasında “Fənərbağça”nın 2-ci kapitanı və Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlunun yaxın qohumu da var.

Əməliyyat sadəcə “Fənərbağça” ilə məhdudlaşmayıb. 2-ci liqadakı danışılmış oyunlarla əlaqədar “Diyarbəkirspor”un sabiq prezidenti Abdurrahman Yaqut, “Giresunspor”un indiki prezidenti Ömər Ülkü və keçmiş prezidenti Olqun Peker, “Altay” klubunun baş direktoru Ərman Ərtaş, “Adanaspor”un baş məşqçisi Ləvənt Əriş, onun köməkçisi Sərdar Berkin, menecer Əli Kıratlı, “Gənclərbirliyi” klubunun futbolçusu Mahmud Boz da həbs edilib. “Gənclərbirliyi”nin başqa bir futbolçusu Sərkan Çalık haqqında da həbs qərarı var. Lakin o, hazırda Almaniyada olduğu üçün həbs olunmayıb.

Həbs edilənlərin sayı ümumilikdə 40 nəfərdən çoxdur. Əməliyyat davam edir. Həbs olunanların sayının 150-yə çatacağı bildirilir. Qanunlara görə, saxlanılan şəxslər 3 gün polis idarəsində saxlanıla bilər, sonra ifadə vermək üçün prokurorluğa göndərilməlidirlər. Prokurorun bu şəxsləri sərbəst buraxmaq və ya həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərmək hüququ var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma