Bugün İmam Hüseyn (ə) Mövlududur. Mövludumuz Mübarək olsun!

İmamın Şəxsiyyəti

Adı: Hüseyn (ə)

Ləqəbi: Seyyidüş-Şühəda

Künyəsi: Әbu Abdullah

Atası: Әli (ə)

Anası: Fatimeyi-Zəhra (s)

Babası: Peyğəmbər (s)

Doğum ili: Hicri 4-cü il

İmamlıq müddəti: 10 il

Ömrü: 57 il

Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi.

Məzarı: Kərbəla (İraqda).

 

Təvəllüdü

Həzrət Fatimənin ikinci övladı 4-cü hicri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz aзdı. Həzrət Peyğəmbər (s) bu xəbəri eşidən kimi, sevinə-sevinə qızının evinə tərəf yola düşdü. Zəhranın xidmətзisi Әsma uşağı ağ bələyə büküb Həzrət Peyğəmbərin hüzuruna gətirdi.

Әziz Peyğəmbərimiz körpəni qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxuyub həzrət Hüseyni birinci dəfə olaraq ALLAHın adı ilə yaxından tanış etdi.

Təvəllüdün yeddinci günü ALLAH tərəfindən Həzrət Peyğəmbərə (s) nazil olan mələk belə dedi: «Harun, Musa peyğəmbərə qardaş, dost və bütün зətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Әli də sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy». Beləliklə həzrət Hüseyn əleyhissalamın adı ALLAH tərəfindən qoyuldu.

Hüseynin təvəllüdünün yeddinci günü, Fatimə (s) oğlu üзün bir qoyun qurbanlıq edib ətini yoxsullara payladı.

Həzrət Peyğəmbər (s) dəfələrlə bu uşağı qucağına alıb onu öpər, ağlayar və belə buyurardı: «Hüseyni qarşıda böyük bir müsibət gözləyir. Bəni üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar.»

Peyğəmbərin Hüseynə (ə) Olan Məhəbbəti

Həzrət Peyğəmbərin əshabından olan Salman Farsi bu barədə belə deyib: «Peyğəmbərin, oğlu Hüseyni dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman həzrət belə buyurdu: Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Məhdidir».

Peyğəmbərin Hüseynə olan sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənзilik etsə, mənimlə düşmənçilik edibdir.»

Hüseyn (ə) Ata-Anasına Köməkçi idi

Həzrət imam Hüseyn əleyhissalam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Necə ki, bir gün Peyğəmbərin məscidinə gəlib ikinci xəlifənin babasının minbəri üstündə oturub danışdığını görəndə, Hüseyn (ə) fəryad edib dedi: «Babamın və atamın minbərindən düş aşağı! Ora sənin yerin deyil.»

Atasının xəlifə olduğu bir neзə il ərzində fədakar və yorulmaz bir əsgər kimi islamı müdafiə edir, eləcə də zalımlar əleyhinə mübarizə aparırdı.

Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində o da, qardaşı imam Həsən Müctəba (ə) kimi iştirak etmiş, dəfələrlə atası ilə çiyin-çiyinə düşmənə qarşı döyüşmüşdü.

Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmiş və özünə verilən sualları qardaşı imam Həsən (ə)-a həvalə etmişdi.

İmam Hüseyn (ə) hədislər:

İmam Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetirilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın.»

İmam Hüseyn (ə) buyurub: Mənim şənim ölümdən qorxan adamın şəni kimi deyil.

İmam Hüseyn (ə) buyurub: “Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”

İmam Hüseyn (ə) buyurub: Əgər bir şəxs bizim fəryadımızı eşidə, ya bizim qaraltımızı görə, amma bizə kömək etməyə və fəryadımıza yetişməyə ALLAHın haqqı vardır ki, onu üzü üstə cəhənnəmə atsın.

Aşura günü İmam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.»

İmam Hüseyn (ə) buyurubdur: “Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezid və Yezid kimilərdən beyət etməz.”

Aşura günü imam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»

İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır.

İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”

İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”

İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”

İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”

İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”

İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

İmam Hüseyn (ə) buyurur: “Möminin haqqını yerinə yetirmək, ALLAHa edilən ibadətlərin ən üstünüdür.”

İmam Hüseyn(ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Dünyaya məhəbbət bəsləmək qəm-qüssəni artırar, zahidlik və pəhrizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.”

Səfvan Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənə (ə) heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı (əta etdim).”

ALLAHın Rəsulu həzrət Muhəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) buyurubdur: «Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir.»

İmam Hüseyn buyurur: Allahın Rəsulunun(s) otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kəb də onun yanındadır. ALLAHın Rəsulu mənə buyurdu:

Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!

Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:

Ey ALLAHın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!

ALLAHın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən ALLAHa and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.

Hər tərəf Aşuradı, Kərbəladı ya İmam Hüseyn (ə)

Bir canımız var uğrunda fədadır ya İmam Hüseyn (ə)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma