Ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait nəşr edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, vəsaitdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunub.

Azərbaycan dilində vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya onu http://www.abiturient.az saytından sifariş etmək olar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası eyni zamanda ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək üçün “Ali təhsil müəssisələrinin Bakalavr ixtisasları” adlı vəsait nəşr etmişdir. Vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Hər kitab bakalavr ixtisaslarının bir qrupuna həsr edilir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (43 ixtisas), dördüncü kitab isə IV qrup ixtisaslarına (22 ixtisas) aiddir.

Hər bir ixtisas haqqında təqdim olunan informasiya və şərhlərdə həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir.

2 cavab »

  1. nergiz deyir ki:

    3 qrupa kecid bali 250 enecekmi?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma