Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu həftə oğlu Tale Heydərov üçün toy edəcək. “Qafqazinfo”nun məlumatına görə, toy mərasimi sentyabrın 9-da “Buta Palace”da baş tutacaq. Toyda Azərbaycanın dövlətin və hökumət rəsmiləri ən yüksək səviyyədə təmsil olunacaqlar. Bundan başqa, Kəmaləddin Heydərovun dostları, qohumlar, Tale Heydərovun İngiltərədən və digər ölkələrdən olan ən yaxın dostları iştirak edəcək.

Məlumatlara görə, toyun idarə olunması üçün xüsusi ssenari hazırlanıb. Bundan başqa, toyda əsasən yerli sənətçilər və bir neçə qrup iştirak edəcək.

Qeyd edim ki, T. Heydərovun əslən Sabirabaddan olan sadə və ziyalı bir ailənin qızı ilə evləndiyi bildirilir. Gəlin rəssamdır, anası ali məktəblərin birində müəllimə işləyir, atası isə vəfat edib.

Qeyd edim ki, T. Heydərov Kəmaləddin Heydərovun iki oğlundan biridir. O, İngiltərədə London İqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Hazırda “Qəbələ” Futbol Klubunun və “Avropa-Azərbaycan Cəmiyyəti”nin (The European Azerbaiyan Society) prezidentidir. Bundan başqa, ailənin mənsub odluğu biznes strukturlarının idarə olunmasında əsas şəxsdir. Tale Heydərov hələ tələbə olduğu vaxtlardan digər məmur övladlarından fərqli olaraq özünü müsbət yöndən, vətənpərvər bir gənc kimi göstərməyi bacarıb. Belə ki, o, İngiltərədə böyük diaspor fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi altında bu ölkədə Azərbaycanın diasporu adına bir çox işlər həyata keçirilib.

Bu yaxınlarda isə sözügedən fəaliyyətinə görə Azərbaycan prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

                                ALLAH XOSBEXT ELESIN !!!!!

 

10 cavab »

  1. Zamin deyir ki:

    Allah xoshbext elesin, ogullu, qizli olsunlar

  2. MECNUN deyir ki:

    En pis gunu 09.09.2011 deki kimi olsun.

  3. Sabrina deyir ki:

    halal olsun kemalleddin melimede onun oglunadaki bele sade bir ailenin qizini alir..aileni maddi maralar ustunde yox sevgi uzerinde qurur.kaw hami bele ola bilse..yoxsaki bir -birini sevenleri ayirirlar..heckim oz kecmiwini unutmasin gerek!bir daha halal olsun!!!

  4. Javid deyir ki:

    Heyat yoldashi he4 de Sabirabaddan deil

  5. ekber deyir ki:

    Atasi kimi ozu de milletperestdi!!

  6. Ekber deyir ki:

    Butun memurlar, Nazirler K.Heyderov
    kimi olsaydi,Azerbaycanlilar ermenilerin ATASI olardi!!

  7. Ekber deyir ki:

    Babeke,ceshmebasara ve Buzqova halal olsun!!

  8. Ekber deyir ki:

    Tale ancaq ve ancaq halal heyvanlarin etinden istifade edir

  9. ceyhun deyir ki:

    Halal olsun

  10. elcan deyir ki:

    Bele bır soz var.bır ınsanın heyatda yawamasına sebeb olursansa butun bewerıyyetın yawamasına sebebkarsan.bır ınsanı oldurmek butun bewerıyyetı oldurmek demekdır.Taleh muellımde bu ınsanlardan bırıdır.Kaw butu Azerbaycan ogulları Taleh muellım kımı olsun.onun heyatda etdıyı yaxwılıqların sayı hesabı yoxdur ozude Allahın buyurdugu kımı.bır elın verdıyını o bırı el bılmesın.o da eynı werıyyetı heyata kecırır.kaw butun xeyırxaq ınsanlar onun kımı reklam etmede ede bılse.Allah onu terbıye eden ana atanı qorusun.Allah her zaman ona versın kı,oda bızı kımı kasıblara el tutsun.onun kımı ogullar Azerbaycana lazımdır.Allah sızı hıfs etsın.qorusun.sıze bu dunyada da o dunyada da salehlerden etsın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma