Amerika Kosmik Agentliyi Ay səthinin yeni yüksək keyfiyyətli fotolarını nəşr edib.

«Lunar Reconnaissance Orbiter» Orbital zondu ilə çəkilən şəkillər o qədər keyfiyyətlidir ki, ötən əsrin 60-70 –ci illərində astronovtların qoyduqları iz belə aydın görünür.

Ayın fotosunun çəkilişi zamanı kosmik apparat uzunfokuslu obyektivləri istifadə edib.

Fotolarda üç «Appolon» kosmik gəmilərinin ay modullarının eniş yerləri, insan ayaqlarının və astronavtların minərək ayda hərəkət elədikləri «ay arabasının» və s. izlərinin dəqiq görüntülərinə baxmaq mümkündür.

Qeyd edək ki, artıq neçə onillərdir ki, bir çoxları amerikalıların Ayda olmasına şübhə ilə yanaşırlar. Hətta bəzi həqiqətsevərlər «Appalon» missiyasında iştirak edən astronavtları da izləmişlər.

Belə ki, amerikalı jurnalist Bart Sibrell bir neçə il əvvəl astronavt veteran Bazz Oldrini ifşa etmək üçün Aya getdiyi barədə Bibliyaya and içməsini istəmişdi. Daha sonra tələbdən təhqirə keçən jurnalist Aya ikinci dəfə ayaq basan insanı «yalançı» və «qorxaq» adlandırmışdı. Bundan sonra 72 yaşlı təmkinin saxlaya bilməyərək gəncə sillə vurmuşdu.

Xatırladaq ki, amerikalılar 1972-ci ildən bəri insan ayağı dəyməyən Aya gedə bilmək üçün ümidlərini itirməyiblər. Nasa bunun yüçün «Constellation» proqramını işləmişdi. Layihəyə görə, planetlərarası üçün 2020-ci ildə həyata keçməli idi. Ancaq ötən ilin yazında ABŞ prezidenti Barak Obama amerikanın «artıq keçilmiş cığırla» getmək əvəzinə, gələcəyə atlanmalı olduğunu bildirmişdi: «Aya qayıtmaq əvəzinə, Amerikalılar gələcək üçün addım ataraq astronavtları uzaq kosmosa – asteroidlərə, sonra isə Marsa yollanmalıdırlar».

Bir cavab »

  1. poxluqehbe deyir ki:

    İnsanlar belə gedişlə bütün planetləri zəbt edəcəklər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma