Adamın biri hər zaman olduğu kimi saç və saqqal traşı olmaq üçün bərbərə gedər. Onunla maraqlanan bərbərlə gözəl söhbətə başlarlar. Müxtəlif mövzular haqqında danışırlar və birdən Allaha bağlı mövzu açılar.

Bərbər: Bax dostum mən sənin dediyin kimi Allahın varlığına inanmıram.

Adam: Niyə belə düşünürsən?

Bərbər: Bunu sənə açıqlamam çox asandır. Bunu görmək üçün çölə çıxmalısan. Mənə deyə bilərsən Allah var olsaydı bu qədər dərdli, xəstə insanlar, tərk edilmiş uşaqlar olarmıydı? Allah olsaydı kimsə acı çəkməz, bir-birini üzməzdi. Allah olsaydı əgər bunların heç birinə izin verməzdi.

Adam biraz dayandı və düşündü amma gərəksiz bir mübahisəyə girmək istəmədiyi üçün cavab vermədi. Bərbər işini qurtardıqdan sonra adam çölə çıxdı. Elə o anda yolda uzun saçlı və saqqallı bir adam gördü. Adamın bu qədər dağınıq olmasından bilinirdi ki, uzun zamandır traş olmayıb. Adam tez bərbərin yanına qayıdır və deyir: .Bilirsən ,məncə bərbər deye biri yoxdur.

Bərbər: Necə yəni yoxdur? Mən bərbərəm və burdayam.

Adam: Xeyir yoxdur. Əgər olsaydı yolda yürüyən uzun saçlı və saqqallı adamlar olmazdı.

Bərbər: Hmm..Bərbər var amma insanlar mənə gəlmirsə mən nə edə bilərəm ki?

Adam: Doğru! Allah var amma insanlar ona getmirsə bu onların seç imidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma