Günün birində bir çiçəklə su qarşılaşar və yoldaş olarlar. İlk əvvəllər gözəl bir yoldaşlıq olaraq davam edər birlikdəlikləri, təbii zaman lazımdır bir-birlərini tanımaq üçün. Gəl zaman, get zaman çiçək o qədər xoşbəxt olar ki, xoşbəxtlikdən içi-içinə sığmaz artıq və anlar ki, suya aşiq olmuşdur. İlk dəfə aşiq olan çiçək, ətrafa qoxular saçar, “Sırf sənin xətrin üçün ey su” deyə.. Elə zaman gəlir ki, artıq su da içində çiçəyə qarşı bir şey hiss etməyə başlamışdır. Və o da çiçəyə aşiq olmuşdur.

Günlər və aylar bir-birini qovalar və çiçək görəsən “Su məni sevirmi?” deyə düşünməyə başlar. Çünki su, çox maraqlanmaz çiçəklə.. Halbuki çiçək, öyrəşməyib belə bir sevgiyə və dözə bilməz. Çiçək, suya “Səni sevirəm deyər. Su, “Mən də səni sevirəm” deyər. Aradan zaman keçər və çiçək yenə “Səni sevirəm” deyər. Su, yenə “Mən də” deyər. Çiçək, səbirlidir. Gözləyər, gözləyər, gözləyər.. Artıq elə bir vəziyyətə gələr ki, çiçək qoxu saçar ətrafa və son dəfə suya “Səni sevirəm” deyər. Su da ona “Söylədim mən də səni sevirəm” deyər və gün gəlir çiçək yataqlara düşür.

Xəstələnmişdir çiçək artıq. Rəngi solmuş, çöhrəsi sararmıştır çiçəyin. Yataqlardadır artıq çiçək. Su da başında gözləyər çiçəyin, köməkçi olmaq üçün sevdiyinə.. Bəllidir ki, artıq çiçək öləcək və son dəfə çətinliklə başını çevirərək çiçək, suya deyər: “Səni mən, həqiqətən sevirəm” Çox kədərlənər su bu vəziyyət qarşısında və son çarə olaraq bir həkim çağırar çiçəyin dərdin öyrənmək üçün. Həkim gələr və müayinə edər çiçəyi. Sonra belə deyər həkim: “Xəstənin vəziyyəti ümidsizdir,əlimizdən bir şey gəlməz” Su, maraqlanar, sevgilisinin ölümünə səbəb olan xəstəlik nədir deyə və soruşar həkimdən. Doktor, suya baxar və: “Çiçəyin bir xəstəliyi yox dostum. Bu çiçək yalnız susuz qalmış, ölümü onun üçün”-deyər.

Və anlamışdır artıq su, sevgiliyə yalnız “Səni sevirəm” demək çatmamaqdadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma