– Gecənin ən qaranlıq vaxtı bütün insanlar ve qarışqalar öz yuvalarında yatrdılar. İnsansızlıqdan qapsını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bürkü vardı. Şəhərin yuxusunda qəribə bir hürkü hiss olunurdu. Gündüzlər bəzənən, süslənən, daranan, gecələr isə bütün suni bəzəkləri cıxarıb yataqlarnda uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Heç bir canlı dərin sukutu pozmaga cəsarət etməzdi amma cəsarətli kəs addımı səsləri eşidildi. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını acid Qapı tükürpədici səs cıxardı. Bu məscidin çəkdiyi “ah” idi. Axırkı onu yada salan olmuşdu amma bu sevinc ahı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı vardı amma bu qonağ heç gözlənilmirdi də, Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi…

Sonra Şeytan Məscidin çirkli xalçasına, rəflərdəki toz basmış Quranlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə Məscidə girəndə yüzlərlə, minlərlə Müsəlman ona o, qədər lənət yağdırmışdıkı çıxış yolu tapmayıb minarədən atılmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş Məscidə baxır və duşmənlərnə yazığı gəlrdi. Biraz irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü. Əllərini açıb duaya başladı:

– Ey uca və qüdrətli Allah-Təala sənə dua etmədiyim 1000 il oldu. Özün bilirsən sənin rizan üçün necə darıxmışam. Keçmiş vaxtları xatırlayıram Cəbrayl, Mikayl, İsrafil, Ezrayl yadma düşür. Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum xoşbəxt idim və sonra insanı yaratdın və mən günaha batdım, Böyük günaha. Məni oradan qovdun cəhənnəmi qismət etdin. Yox, mən tövbə etməyə gəlməmişəm, sözümüz sözdür! Sözümüz sözdür qiyamətə kimi insanları sənin yolundan çıxaracağımı vəd etmişəm, səndə mənə vaxt verdiyini söz vermişdin amma indi hər şey başqa cürdür əvvələr mən insanları sənin yolundan çıxara blirdim İndi isə heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri əyri yoldadılar. Mənə heç ehtiyacda yoxdur mənide üzən, kədərləndirən elə budur. Özümü çox lazmsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkməkdi, indisə həyatmın mənası bitib. Yalvarıram, uca Allah, mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Məndə onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Bekarçılıqdan ürəyim sıxılır. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silb yavaş-yavaş Məscidən çıxdı.

…Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və yad zülmətdə yox oldu…

Bir cavab »

  1. Empty deyir ki:

    Qaraqana esq olsun. yasasin HOST

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma