Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb.

«APA-ECONOMICS»in Azərbaycan Turizm Assosiasiyasına istinadən verdiyi məlumata görə, turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.

Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.

Buna baxmayaraq, bu, turpaketin ilkin qiymətidir. Belə ki, mahnı müsabiqəsinə olan biletlərin qiymətləri hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, ötən il Almaniyada keçirilən «Evrovision-2011» müsabiqəsinin final mərhələsinə biletin qiyməti 300 avro təşkil edib.

Müsabiqə çərçivəsində bir turpaketin qiyməti isə 1 100 avro olub.

Xatırladaq ki, «Eurovision-2012» müsabiqəsi gələn ilin mayın 22-26-da Bakıda keçiriləcək..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma