İstifadəçilər şəbəkənin dostu olmadıqları üzvlərinin də xəbərlərini oxuya biləcəklər. “Facebook” sosial şəbəkəsi yeni “Subscribe” funksiyasını işə salır. Bu xidmətin köməkliyi ilə istifadəçilər sosial şəbəkənin dost olmadıqları üzvlərindən də xəbərlər ala biləcəklər. İstifadəçilər şəbəkənin digər iştirakçılarının səhifəsində müvafiq düyməyə basmaqla öz xəbər lentlərində həmin istifadəçilərin ismarışları, fotoları və digər kontentlərini görə biləcəklər. “Facebook”un nümayəndələri bildiriblər ki, yeni funksiya yaxın bir neçə gün ərzində istifadəyə veriləcək.

“TechCrunch” texnobloqunun yazdığına görə, “Subscribe” funksiyasının vacib xüsusiyyəti ondan ibarətdir ki, istifadəçinin “Facebook” şəbəkəsinin digər üzvlərinin xəbərlərini oxumaq üçün dost kimi əlavə edilməklə bağlı təsdiqi gözləməsinə ehtiyac olmayacaq. Analoji xidmət “Facebook”un əsas rəqibi ol an “Google+” sosial şəbəkəsində də mövcuddur. Məşhur “Twitter” mikrobloqlar xidmətinin istifadəçiləri də əlavə razılıq almadan digər istifadəçilərin ismarışlarını oxuya bilirlər. “Facebook” dünyada ən iri sosial şəbəkədir. Onun auditoriyası 750 milyon nəfəri ötür.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma