Kişilər & Qadınlar

Qadınlar kişilərə nisbətən daha tez yetginləşirlər. Əksər 17 yaşlı qızlar özlərini böyüklər kimi apara bilər.Əksər 17 yaşlı oğlanlar isə hələ də futbol şəkilleri toplayır və ya dərsdən sonra “playstation” klublarına qaçırlar.

  Jurnallar

Kişi jurnalları adətən yarıçılpaq qadın şəkilləri ilə dolu olur. Qadın jurnalları da həmçinin yarıçılpaq qadın şəkillerindən ibarət olur. Bu o deməkdir ki, qadın bədəni təbiətin gözəl incəsənətidir,hansı ki, kişi bədəni tüklü və qabarıq olur və günün günorta vaxtı kişi bədəninə baxmaq heç də məsləhət deyil. Qadın bədəni əksər kişilərdə heyranlıq doğurur. Kişi bədəni isə əksər qadınlarda gülüş doğurur

 Hamam

hamamda 6 əşyası olur -diş məcunu, diş fırçası, üz qırxma kremi, ülgüc, sabunu və dəsmalı. Qadının isə hamamda olan əşyalarının orta sayı 437-dir. Kişilər həmin əşyaların çoxunun adını belə bilmir.

Bazarlıq

Qadın bazarlıq etmək üçün əvvəlcə lazım olan şeylərin siyahısını tutur və sonra dükana gedir. Kişi isə soyuducuda hər şey tükənənə qədər gözləyir. Sonra isə dükana gedir. O gözəl görünən hər şeyi alır. Kassaya yaxınlaşanda isə onun piştaxta arabası Beverlide Clampettin avtomobilindən daha gərgin qablaşdırılmış vəziyyetde olur.

 Evdən Çıxmaq

Nə vaxt ki, kişi deyir artıq evdən çıxmağa hazırdı, deməli o həqiqətən də çıxmağa hazırdı. Nə vaxt ki, qadın deyir artıq evdən çıxmağa hazırdı, bu o deməkdir ki, o kosmetikasını indicə qurtarıb və artıq sırğalarını axtarır.

 Övladlar

Qadın öz uşaqları haqda hər şeyi bilir. Qadın uşağının sevdiyi filmi, uşağı üçün diş həkiminin nə təyin etdiyini, sevdiyi idman sahəsini, romantik həyatındakı hadisələri, sevimli yeməyini, onun gizli arzularını və s. bilir. Kişi isə evdə yaşayanları dumanlı şekildə xatırlayır.

Paltar Dəyişmək

Qadın hər bir işə müxtəlif paltarlar geyir.Qadın dükana gedəndə, gülləri sulayanda, kitab oxuyanda paltarını dəyişəcək. Kişi isə, əgər qadın bunu ondan tələb etsə ancaq toy ve dəfn mərasiminə getmək üçün paltarını deyişəcək

 Telefon

Kişi telefona bir əlaqə vasitəsi kimi baxır. Onlar telefondan bir-birinə qısa mesajlar göndərmək üçün istifadə edir. Qadın öz rəfiqəsi gildə 2 həftə qala biler, evə qayıtdığı gün isə yenə həmin rəfiqəsi ilə telefonda 3 saata qədər danışacaq.

    Dostlar

Qızlar öz refiqələri gildə olarkən bütün gecəni danışmaqla keçirirlər. Oğlanlar öz dostları gildə qaldıqda isə gecə təxminən 20-30 söz işlədirlər ki onlardan da çoxu belədi: “İşığı söndür”, “Pivə tapdın?”, “Bu gözəlçəyə bax!!!”

Bir cavab »

  1. Ülfət deyir ki:

    he dogurdan da eledi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma