17 əsrin tanınmış astroloqu Kolepeper belə hesab edir ki,ayrı-ayrı bürclərin nümayəndələri başqa-başqa yeməkləri xoşlayırlar.mən sizə astroloqun bürclər üçün təklif etdiyi”menyu”larla tanış edəcəm

      Qoç

Qoçlar ən çox qəlyanaltıları xoşlayırlar.Əgər siz görsəz ki məclisdə hansısa qonaq boşqabına stolda olan bütün qəlyanaltılardan yığıb və sonra onları dadmağa başlayır,deməli siz qoçnan rastlaşmısınız.Onlar içkiləri də xoşlayırlar.

Buğa

Buğalar ağzının dadını yaxşı bilən insanlardı.Ona görə buğaları qonaq çağıranda tək yeməklərin bol olmasına yox,həm də yeməklərin düzgün və dadlı bişməsinə fikir verin.Buğa sizin əziyyətinizi mütləq qiymətləndirəcək.

Əkizlər

Əkizlər salatları,şirniyatı xoşlayırlar.Məclisdə əkizlər çalışacaqlar ki,ən dadlı yeməklərdən dadsınlar.Amma,adətən,onların boşqablarında yemək çox gec azalır,ona görə ki,qonaqlıqda onlar yeməyə yox,maraqlı söhbətə üstünlük verirlər.

Xərçəng

Xərçəng un mmulatları xoşlayır,xüsusən də köhnə “nənələrin”reseptləri ilə bişirilən piroqları,bulkaları və s.Xərçənglər restoranda qonaqlıq xoşlamırlar.Onlar ev rahatlığı,qəşəng süfrə və qab-qacaq,bəzəkli salfet,dadlı ev yeməkləri xoşlayırlar.

Şir

Şirlər həm yaxşı yeməkləri,içkiləri,həm də rahat şəraiti xoşlayırlar.Ev yiyəsi çalışmalıdır ki,şirlər masanın arxasında yaxşı və rahat əyləşsinlər,ən yaxşısı odur ki,ev yiyəsi onlara öz yerini versin.Şirləri qonaq çağıranda çalışın ki,yeməkləriniz qeyri-adi və çox dadlı olsun,içkilər də,yeməklər də bol olsun.

Qız

Qızlar yeməklərin dadlı olmaqdan çox,faydalı və dietik olmağına üstünlük verirlər.Ona görə qızları qonaq çağıranda ev yiyəsi çalışmalıdır ki,süfrədə mineral sular,çoxlu tərəvəz salatları,göy göyərti olsun.

Tərəzi

Tərəzilər yaxşı və səviyyəli kompaniya xoşlayırlar.Əgər tərəzinin başqa qonaqlardan xoşu gəlmirsə,onda qonaqlıq onun üçün darıxdırıcı keçəcək.Amma yaxşı kompaniya,üstəlik də kraxmallı süfrə,qəşəng qab-qacaq,orijinal bükülmüş salfet,səliqəlı stol düzümü tərəziyə böyük zövq verir.

Əqrəb

Əqrəblər zəngin və parlaq stol xoşlayırlar.Qonaqlıqlarda onlar bütün xəstəlikleri unudub yağlı,istiotlu,acı,hisə verilmiş yeməklərdən böyük zövqlə dadırlar.Xüsusən də masada yaxşı konyak ya da vermut olmalıdı.

Oxatan

Oxatanlar xoşlayırlar ki,qonaqlıqlar çox olsun və qonaqlıq şən keçsin.Onlar dadlı və qeyri-adi qəlyanaltılara üstünlük verirlər.

Oğlaq

Oğlaq üçün çox vacibdir hər şey ənənəvi olsun:”şuba altında”siyənək,ikra,kolbasa,isti yeməklər və s.Fürşet oğlağın xoşuna gəlməz,ona görə bu bürcün nümayəndələrini qonaq çağırarkən,çalışın zəngin süfrə açın.

Dolça

Dolçalar fürsət sevəndilər.Onlar yüngül yeməkləri xoşlayırlar:sendiviç,dondurma,meyvə,salat,pirojna,tort.Onlar ekzotik meyvələri və yeməkləri üstün tuturlar.

Balıqlar

Balıqlar da ekzotik yeməkləri xoşlayırlar:krab,xərçəng,midi,omar və s.Yaxşı içkiləri də xoşlayırlar.Ən yaxşı ziyafət təşkili onlar üçün-balaca kompaniyada fürsət hesab olunur.

FİKİRLƏRİNİZ

Bir cavab »

  1. ferid deyir ki:

    çox sağ ol.tərəzi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma