Elm adamları bəşəriyyət üçün çox vacib olan bir sirrin açılmasına çox yaxındılar. Əgər bu məsələ alimlərin iddia etdiyi kimidirsə, onda milyon il əvvəl dinozavrlardan çox fərqli görünüşə sahib olan canlıların yaşadığı sübut olunacaq.

Alimlərin əlində çox ciddi material var. Bu içində tüklərin, böcəklərin və hörümçək torunun sıxışmış halda qaldığı kəhrabadır. Bu kəhrabanın nə az, nə çox düz 70 milyon il yaşı var. Alimlər kəhrabanın içində qalan maddi sübutları araşdırırlar. Və onlar 70 milyon illik sirri tapdıqlarını iddia edirlər.

Ağaclardan axan kəhrəbaların içərisində böcək və hörümçək toru ilə bərabər, bəzən quş lələyinə bənzər yumşaq və rəngli tüklərin də olması, milyonlarla əvvəl yaşayan dinozavrların, əslində indi təsvir ediləndən çox fərqli ola biləcəyi iddia edilib.

Bu tapıntı ilə əlaqədar olaraq Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Mark Norell açıqlama verib: “Artıq dəriləri pulcuqlarla örtülü olan, açıq rəngli dinozavrlardan başqa, tüklü və daha rəngarəng canlıların yaşamasına dair sübutumuz var”.

Tapılan bütün lələk və tüklər araşdırılaraq günümüzdə mövcud olan heyvanlarla müqayisə olunur.

Daşlaşmış qalıqlarda tapılan tüklərin dinozavrların nəsli kəsilmədən əvvəlki dövrə aid ola biləcəyi güman olunur. Onun fikrinə görə, uça bilməyən dinozavrların tüklərinin olduğu, lakin bəzi hallarda uça bilən dinozavrların da tüklərinin olduğu fərziyyə edilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma