Facebook təəssüf ki, pis məqsədlər üçün də istifadə olunur. Hətta bəziləri facebook vasitəsi ilə sizin mail ünvanlarınızı, şəxsi məlumatlarınızı oğurlaya bilirlər.

Hər birimizə “Azərbaycanı təhqir etdilər”, “milli ənənəni təhqir etdilər kimi” səhifələr gəlir ki, bunları şikayət edin bağlayaq.

Sağ olsun facebook da gələn şikayətlər istiqamətində bağlayır bu cür səhifələri. Amma bəziləri bu cür şeyləri istifadə edərək elə bir xak sistemi inkişaf etdiriblər ki həqiqətən təəccüblənmək olar. Yəni diqqətli olmalısınız yoxsa mail ünvanlarınız və facebook profilləriniz, səhifələriniz təhlükəyə düşə bilər.

Sizə səhifə gəlir ki şikayət edin, gəlirsiniz bu səhifəyə. Təbii ki dərhal şikayət etmək istəyə bilərsiniz. Amma əvvəl ünvan sətirinə (linkə) diqqət edin. Əgər ünvan sətirindəki ünvan “http://www.facebook.com/……./” kimi formasındadırsa problem yoxdur. Şikayətiniz facebook tərəfindən qeydə alınacaq. Amma şikayət edərkən kateqoriyalar var. Kateqoriyanı da uyğun seçmək lazımdır. Yəni şikayətiniz nə üzərinə olduğunu seçirsiniz.

Amma ünvan sətiri “http://apps.facebook.com/……./” şəklində olan səhifələr var. Əslində bunlar səhifə deyil, bir facebook tətbiqi (proqram, türkcə uygulama) olaraq təşkil edilmişdir. Yəni facebook tətbiqi olduğunu başındakı “apps.”dan anlayırıq. Facebook səhifəsi deyil amma görünüşü eyni facebook səhifəsi yazılar hissələr reklamlar belə inandırıcı olsun deyə diqqətlə yerləşdirilmişdir. Təbii ki səhifəni şikayət et düyməsini də yerləşdiriblər. Bunun bir tətbiq (proqram, uygulama) olduğunu bilməyən, səhifə olduğunu zənn edən hər bir kəs şikayət et düyməsinə basırlar və orada şikayətiniz üçün e-mail ünvanı və şifrə soruşur. Guya ki təhlükəsizlik təsdiqləməsi kimi bir şeydir. Elə bura şifərinizi yazan kimi tələyə düşürsünüz və şifrəniz tətbiq sahiblərinə gedir, e-mail ünvanları oğurlanır.

Bir şərh yazın