Çox zəngin bir biznesmen dəniz sahilində yerləşən kiçik bir qəsəbədə istirahət edirdi. Bir gün sahildə gəzən zaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:

“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?”

“Təxminən bir-iki saat.”

“Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?”

“Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.”

“Bəs qalan vaxt nə iş görürsən?”

“Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.”

Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da tövsiyələrinə başladı:

“Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan.”

“Bəs sonra?”

“Sonra tutduğun balıqları alverçiyə satmaq əvəzinə konserv fabriklərinə birbaşa özün satmalısan. Nəhayət öz kosnerv fabrikini qurmalısan. Beləcə həm malı, həm malın emalını, həm də satışını öz nəzarətində saxlayarsan. Təbii ki, bunun üçün sahildə yerləşən bu kiçik qəsəbədən böyük şəhərə köçməlisən. Sonra daha böyük şəhərə köçməli və işini böyütməlisən.”

“Bu işlər nə qədər vaxt aparar?”

“15-20 il”

“Bəs sonra?”

Biznesmen gülümsəyərək cavab verdi:

“İşin ən gözəl hissəsi bundan sonra başlayır. Vaxtı çatanda şirkətinin səhmlərinin bir hissəsini xalqa satırsan və bu yolla milyarder olursan.”

“Hmm…bəs sonra?”

“Sonrası məlumdu də, təqaüdə çıxırsan. Təqaüdə çıxdıqdan sonra sahildə yerləşən kiçik bir qəsəbəyə köçürsən. Orada nəvələrinlə oynayır, günortalar yatır, həyətində olan bağda işləyir və dostlarınla söhbətləşirsən.”

Balıqçı bu sözləri dinlədikdən sonra biznesmenə ömür boyu unutmayacağı bu sözləri dedi:

“Sizin dediyiniz bu sakit və xoşbəxt həyatı mən indi, yəni gəncliyimdə yaşayıram. Bunun üçün illərlə gözləmək nəyə lazımdır?”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma