Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” istifadəçilərinin şəxsi məlumatlarının görüntüsünü dəyişəcək.
Şəbəkənin yaradıcısı Mark Zukerberqin F8 konfransında bildirdiyinə görə istifadəçinin səhifəsi “vaxt şkalası” şəklində olacaq.
Şkala istifadəçinin həyatındakı vacib hadisələri, şəkilləri, yazıları, xəritədə işarələmələri və s. göstərəcək.
Şkala illərə görə ardıcıllıqla düzüləcək. Beləliklə, istifadəçi məsələn, uşaqlıq şəklini yükləyərək şkalada
şəklin çəkildiyi ili qeyd edə biləcək. İstifadəçinin səhifəsininin yuxarı hissəsində avatarla bərabər,
onun şəkli də böyük ölçüdə göstəriləcək.

İkinci yenilik “Sosial tədbiqetmələr”-ə aiddir. “Sosial tədbiqetmələr” “bəyəndim” düyməsinə oxşayır.
Kinofilmlər üçün tədbiqetmələr istifadəçinin hal-hazırda hansı filmə baxdığını,
kitablar üçün tədbiqetmələr istifadəçinin hansı kitabı oxuduğunu və s. göstərəcək.
Bu ortaq maraqların öyrənilməsi üçün nəzərdə tutulub.

“Facebook” sosial şəbəkəsinin rəsmi bloqunda bu tədbiqetmələrin bəzilərinin 22 sentyabrdan istifadəyə verildiyi,
yeni vaxt şkalası görünüşlü profilin isə yaxın həftələrdə tədbiq olunacağı bildirilib.

Yeniliklərin sosial şəbəkənin mobil versiyası üçün də nəzərdə tutulduğu bildirilib.

“Facebook”dakı yeniliklər bununla kifayətlənməyəcək.
İstifadəçilər artıq “Face”də televiziya kanallarını da izləyə biləcəklər.
Sosial şəbəkədə televiziya izləmək imkanı “Netflix”ə çıxışı olan 44-45 ölkədə mümkün olacaq.

“Facebook”da yeni funksiya “Timeline” (“Vaxt şkalası”) artıq yaradılıb.

“Timeline”-da istifadəçinin həyatındakı vacib hadisələr, şəkillər, yazılar, xəritədə işarələmələri və s. göstərlir.

İstifadəçinin səhifəsininin yuxarı hissəsində avatarla bərabər, onun şəkli də böyük ölçüdə göstərilir.

“Timeline”-da istifadəçi bir neçə il öncə yazdığı statusları, şəkilləri rahatca görə bilir.

Sadaladıqlarımız “Timeline”nın sadəcə cüzi üstünlükləridir.

Yəqin ki, bir çoxunuz “Facebook”un yeni möhtəşəm funksiyalarından istifadə etmək üçün can atırsınız.

Bu funksiyanı aktivləşdirmək üçün keçməli olduğunuz 8 addımı sizə təqdim edirik.

Aşağıdakı təlimatları yerinə yetirərək yeni “Facebook”a qovuşa bilərsiz.

1. “Facebook”da “Ev” (“Home”) səhifəsinin aşağı hissəsindəki “Yaradıcılar” (“Developers”) bölməsinə

daxil olun və “icazə vermək” (“allow”) düyməsini tıklayın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma