Eşqini qəlbinə bəxtim kimi

yazmış öz əlim,-

Sən gözəllər gözəlindən də

gözəlsən, gözəlim!

 

Üzünü görmədiyim hər günümə

gün demirəm,

Küsmə, ünvanına bu sözləri

küskün demirəm,

Sənə Leyla, özümə, yaxşı ki

Məcnun demirəm

Gəl gülüm, gəl çiçəyim, gəl ki,

mən ilhama gəlim,

Sən gözəllər gözəlindən də

gözəlsən, gözəlim!

 

Səndən öyrəndi bahar nəğmələrin

nəğməsini,

Yaydı dünyamıza xoş nəğmənin

hər kəlməsini

Doymaram min kərə, hər gün

mən eşitsəm səsini,

Çəkirəm car bunu bilsin Vətənim,

bilsin elim,

Sən gözəllər gözəlindən də

gözəlsən, gözəlim!

 

Dikirəm gözlərimi hər zaman,

hər an yoluna

De görüm, kim ötürübdür səni

hicran yoluna

Hardasan, gəl bu vüsal adlı

Süleyman yoluna,

Gəl, gəl, etsin yenə pərvaz gözəl

arzum, əməlim,

Sən gözəllər gözəlindən də

gözəlsən, gözəlim!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma