İmam Əli (ə): «Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: «Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən, Həsən və Hüseyndir. Bizim arxamızca nəslimiz Cənnətə daxil olacaqlar. Onların arxasınca bizi sevənlər, sağ və sol tərəfimizdən isə bizim Şiələrimiz daxil olar.»

(Ər-İrşad, c.1, səh.43)

İmam Baqir (ə): «Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmdən Əli İbn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun Şiələri elə nicat tapanlardır.»

(Ər-İrşad, c.1, səh.41)

İmam Əli (ə) (Nouf Bəkaliyə Xitabən): «Ey Nouf! Bilirsənmi mənim Şiəm kimdir?» Ərz Etdi: «Xeyr, Allaha and olsun, bilmirəm» Buyurdu: «Mənim Şiələrimin (oruc tutmağın təşnəliyindən) dodaqları qurumuş, (aclıqdan) qarınları bellərinə yapışmışdır. Təqva onların üzərindən görünər gecənin abidləri və gündüzün şirləridirlər.»

(Biharul-Ənvar, c.78, səh.28 hədis.95)

İmam Həsən (ə): («Mən sizin Şiələrdənəm» deyən kişinin cavabına): «Ey Allahın Bəndəsi! Əgər bizim əmr və qadağalarımıza itaət edirsənsə, doğru deyirsən. Yox, Əgər belə deyilsənsə, əhli olmadığın ali məqam iddiası ilə öz günahlarını artırma. Demə ki, «mən sizin Şirələrdənəm» De ki, «Mən sizi sevənlərdən və sizin düşmənlərinizin düşmənlərindənəm.» Belə olan halda, sən yaxşı insansan və yaxşıya tərəf istiqamət götürmüsən.»

(Tənbihul-Xəvatir, c.2, səh.106)

İmam Baqir (ə): «Bizim Şiələrimiz yalnız Allahdan qorxan və onun əmrinə itaət edənlərdi. Onlar təvazökarlıq, sadəlik, əmanətə sadiqliq və Allahı çox yad etməkdən başqa bir şeylə tanınmazlar.»

(Tuhəful-Uqul səh.295)

İmam Sadiq (ə): «Əslində Əli Şiəsi qarın və qasıq iffətinə malikdir, (İbadətdə və nəfslə mübarizədə) çalışqandır, Yaradanı üçün işləyən, Onun mükafatına ümidvar olan və onun cəzasından qorxandır. Belə şəxsləri görən zaman bil ki, onlart Cəfəri Şiələrdir.»

(Əl-Kafi, c.8 səh.215, hədis.9)

Imam Sadiq (ə): «Bizim Şiələrimizi üç şeydə sınayın: Namazın vaxtlarına riayət etməkdə, bizim düşmənlərdən sirlərini gizlətməkdə və qardaşları ilə həmdərd olub onlara maddi kömək etməkdə.»

(Biharul-Ənvar c.83, səh.92, hedis.40)

İmam Sadiq (ə): «Bizim Şiələrimizin dörd gözü var: iki gözü sifətində, iki gözüdə sifətində. Bil ki, insanların hamısı belədir. Fərq yalnız bundan ibarətdir ki, Allah-taala sizin gözlərinizi açıq və görən, onların gözlərini isə kor etmişdir.»

(Əl-Kafi, c.8, səh.215, hədis.260)

İmam Sadiq (ə): «Sözdə Şiəlikdən dəm vuran, əməlində isə bizim əməllərə zidd rəftar edən, bizim Şiə deyil.»

(Biharul-Ənvar, c.68, səh.164, hədis.260)

İmam Sadiq (ə): «Bir dəstə insan deyir ki, mən onların imamıyam. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara lənət eləsin. Pərdəni hər nə qədər örtürəmsə, onlar pərdəni bir o qədər yırtırlar. Mən «belədir,elədir» deyirəm, onlarsa «Onun məqsədi filan və bəhmandır.» deyirlər. Əslində mən, mənə itaət edən şəxsin imamıyam.»

(Biharul-Ənvar, c.58, səh.80, hədis.76)

Imam Sadiq (ə): «Dörd şeyi inkar edən bizim Şiə deyildir Me’racı, qəbr sorğu-sualını, Cənnət və Cəhənnəmin yaradılması və şəfaəti.»

(Biharul-Ənvar, c.69, səh.9 hədis.11)

«Əl-Kafi»: İmam Baqir (ə) bir kişidən onun xalqının və qəbilsəinin əhvalını soruşdu. Kişi onu çox təriflədi. Həzrəti (ə) buyurdu: «Varlılar yox sualların baş çəkirlərmi?» Kişi dedi: «Az olur» Buyurdu: «Varlılarla yoxsulların bir-birinə gəliş-gedişi, görüşməyi necədir?» Kişi dedi: «Az olur» Buyurdu: «Varlıların yoxsullara maddi köməyi necədir?» Kişi ərz eytdi: «Siz bizim aramızda nadir əxlaqı və sifətləri buyurursunuz» Həzrət (ə) buyurdu: «Bəs, onlar özlərini necə Şiə hesab edirlər?»

(Əl-Kafi, c.2, səh.173, hədis.10)

İmam Kazım (ə): «Tənhalıqda və xəlvətdə, qəlbdən (Allahdan) qorxmayan bizim Şiə deyil.»

(Bəsairud-Dərəcat, səh.247, hədis.1)

İmam Baqir (ə): «Bizim Şiələr üç dəstədir: bir dəstəsi bizim adımzıla xalqı qarət edər, bir dəstəsi şüşə kimidir (ürəyində nə varsa aşkar edər-yəni sirr saxlayan deyillər, ürəklərində olan sirrləri faş edərlər), bir dəstədə qırmızı qızıl kimidirlər və odda nə qədər əridilsələr, bir o qədər saflaşarlar.»

(Biharul-Ənvar, c.78, səh.186, hədis.24)

İmam Sadiq (ə): «Şiə üç növdür: (birinci bizə qarşı) məhəbbətli və mehriban olarlar, belə Şiələr bizdəndir. (ikinci) özünü bizlərlə bəzəyən Şiə. Kim bizlərlə özünü bəzəsə, onun bəzənməsinə biz səbəb olarıq. (Üçüncü) Bizi öz ruzisi üçün vasitəyə çevirən Şiə. Kim bizi ruzi qazanmaq vasitəsi edərsdə, yoxsulluğa düçar olar.»

(Əl-Xisal, səh.103, hədis.61)

İmam Baqir (ə): «Ey Şiə camaatı! Ey Ali Məhəmməd Şiələri. Orta həddi gözləyin ki, iti gedən sizə tərəf qayıdacaq və geri qalan da gəlib sizə çatacaq.» Əsnaslardan Sədd adlı biri ərz etdi: «Sənə fəda olum, iti gedən kimdir?» Həzrət (ə): «Biz öz barəmizdə demədiyimiz şeyləri, barəmizdə danışan bir dəstədir. Onlar bizlərdən deyil, bizdə onlardan.» Ərz etdi: «Geri qalan kimdir?» Buyurdu: «Xeyir istəyən, axtaran şəxsdir. O, xeyrə çatar və onun mükafatını tapar.»

(Əl-Kafi, c.2, səh.75, hədis.6)

İmam Sadiq (ə): «Ey Əbdül-Əla! Mənim tərəfimdən Şiələrə Allahın salamını və rəhmətini çatdır və de ki, İmam Sadiq sizə bunları deyir: Allahın rəhməti olsun o bəndəyə ki, insanların başa düşdükləri sözləri söyləməklə və başa düşmədikləri sözlərdən çəkinməklə xalqın məhbbətini özünə və bizə tərəf cəlb etmiş olur.»

(Buharul-Ənvar, c.2, səh.77, hədis.62)

İmam Sadiq (ə): «Ey Şiə camaatı! Bizim abrımızın qorunmasına səbəb olun, bədnam olmağımıza bais olmayın. İnsanlara yaxşı sözlər deyin. Dillərinizi saxlayın, onları boş, mənasız və pis sözlər danışmaqdan çəkindirin.»

(Ə’mali, Şeyx Səduq, səh.327, hədis.17)

Allahın Peyğəmbəri (s): «Qiyamət günü bizə məhəbbətlərində xalis olan mənim və Əhli-Beytimin Şiələr üçün ərşin ətrafında minbələr düzələcək. Allah-taala buyurar: Ey Mənim Bəndələrim! Mənə Tərəf Gəlin ki, Öz kərəmim sizin aranızda paylayım. Çünki si dünyada əzab əziyyət görmüsüz.»

(Uyunu Əxbari Riza (ə), c.2, səh.60, hədis.232)

Allahın Peyğəmbəri (ə): (İbn Abbasın «Öndə gedən birincilər, onlardır Allaha yaxın olanlar» ayəsi barədə sualının cavabında): «Cəbrayıl mənə dedi: Onlar Əli və onun Şiələridir. Onlar cənnətə gedənlərin öncülü və Allahın lütfü, kəraməti sayəsində ona yaxındırlar.»

(Ə’mali, Tusi, səh.72, hədis.104)

İmam Sadiq (ə):«Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.»

(Ət-Təmhis, səh. 59, hədis.5)

İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.» Ərz etdim:«Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?» Buyurdu:«Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.»

(əl-Kafi, c.2,səh. 93, hədis.25)

İmam Rza (ə): «Əli şiələrindən elə bir şəxs yoxdur ki, gün ərzində bir pis əməl, ya bir günah edəndə gecə onu qəm-qüssə burüməsin. Bunun vasitəsilə onun etdiyi pis əməl, ya günah silinib gedər. Bəs, qələm belə

şəxsin günahlarını necə yazsın?»

(Biharul-Ənvar, c.68,səh.146 , hədis.94)

İmam Əli (ə):«Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər.»

(əl-Xisal, səh.408, hədis.6)

Gəlin dostlar artıq qarısdırmayağın.Və lənət olmuş bu Vəhabilərin cavabın verəyin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma