Gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision” müsabiqəsində ermənistanı Amerikada-Los Ancelesdə yaşayan müğənni təmsil edə bilər. Lusiya Mun (Babayants) uşaqlığını və gənclik illərini Bakıda keçirib. Müğənninin həkim olan atası 1988-ci ildə Sumqayıt hadisələrindən sonra ailəsi ilə birlikdə ermənistana, Rusiyaya sonra isə ABŞ-a köçüb. Burada Lusiya Mun psixologiya üzrə təhsil alıb.

O, həmçinin “İrəvan” xorunda oxuyub, çox sayda musiqi proqramlarında iştirak edib. 2005-ci ildə “Armenian Music Awards” müsabiqəsinin qalibi olub. Son olaraq isə o, qondarma erməni soyqırımı haqqında mahnı ifa edib.

Nəşrin məlumatına görə, Lusiya David İondemanın ermənistanı “Eurovision 2012” müsabiqəsində təmsil etmək təklifini qəbul edib. İddiaya görə, o, müsabiqədə sevgi haqqında mahnı ifa edəcək.

Qeyd edək ki, bir müddət öncə ermənistan mətbuatı ölkənin gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak məsələsinin hələ həll olunmadığını yazmışdı. ermənistanın İctimai Teleradio Şurasının sədri Aleksan Arutyan Azərbaycanın təhlükəsizliyə verdiyi zəmanət erməni tərəfini qane etmədiyini və onların zəmanət üçün Avropa Yayım Şurasına müraciət etdiklərini bildirmişdilər.

Həmin xəbərdə ermənistanın müsabiqədə iştirak edib

etməyəcəyi barədə yekun qərarın dekabr ayında qəbul ediləcəyi qeyd edilmişdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma