Hindistan dünyanın kompüter istehsalçılarını və istifadəçilərini şoka salıb. Belə ki, “DataVind” şirkəti Hindistan Texnologiya İnstitutu ilə birgə dünyanın ən ucuz planşet kompüterini təqdim edib. “Akaş” adlı yeni planşet 35 dollara satışa çıxarılacaq. 2 USB portu, 3 saatlıq batareyaya malik “Akaş” planşetlərlə

internetə girmək və video-konfrans keçirmək mümkün olacaq.

Planşetin təqdimatını təşkil etmiş Hindistanın insan resursları inkişafı naziri yeni məhsulun başlıca olaraq ölkənin aşağı təminatlı tələbələri üçün nəzərdə tutulduğunu deyib. Nazir sınaq üçün təqdimat zamanı tələbələrə 500 yeni “Akaş” planşeti paylayıb.

O qeyd edib ki, hökumət artıq 100 min planşetin alınmasına sifariş verib. Bir neçə ilə bu rəqəmin 10 milyona çatdırılacaq.

Qeyd edək ki, Hindistanın İnsan Resursları İnkişafi Nazirliyi 2009-cu ildə də dünyanı şoka salmışdı. O vaxt bəyan olunmuşdu ki, bazara 10 dollar dəyərində noutbuklar çıxaılacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma