Bu gün Milli Qəhrəmanlar Elşad Hüseynov və Kamil Nəsibovun doğum günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən  verilən məlumata görə, Elşad Eynulla oğlu Hüseynov 1960-cı il oktyabrın 8-də Masallı rayonu Xıl kəndində anadan olub. O, 1991-ci ildən polis (milis) əməkdaşı kimi cəbhə bölgələrində döyüşlərdə iştirak edib, Füzuli, Tərtər, Marağa, Cuvarlı, Marquşevan, Ağbulaq, Fərrux və digər istiqamətlərdə rəşadətlə vuruşub, düşmənin xüsusi nifrətini qazanıb, 1992-ci il iyunun 15-də Fərrux yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də ona Milli Qəhrəman adı verilib. Masallı rayonu Xıl kəndində dəfn olunub. Həmin kənddə büstü qoyulub. Masallı şəhərində adına küçə var.

Kamil Balədə oğlu Nəsibov 1946-cı il oktyabrın 8-də Laçın rayonu Bozlu kəndində anadan olub. O, Laçın rayonunda özünümüdafiə dəstəsi yaradıb, Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdərə, Fərəcan, Xanalılar və digər kəndlərin müdafiəsində xüsusi qəhrəmanlıq göstərib, 1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1993-cü il fevralın 5-də Milli Qəhrəman adı verilib. Ağcabədi rayonunda dəfn edilib. Doğulduğu kəndin Mədəniyyət evi onun adını daşıyır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma