QOÇ

Müdriniz QOÇdursa:

əsla səhvini düzəltməyin, sadəcə özünə hiss etdirmədən özünün anlamasına şərait yaradın. Yanında tez-tez “Mən bilirdim” və “… bilirəm” sözlərini işlətməyin, hirsli olanda isə gözünə çox görünməyin, hirsini sizdən çıxa bilər.

Arvadınız QOÇdursa:

yalan danışmayın. Bu bürcün kişilərinə nisbətən daha oyanıq olan QOÇ bürcünün qadınları yalan danışdığınızı o dəqiqədəcə anlayacaq. Amma hiss etdirmədən pişiyin siçanla oynadığı kimi sizinlə oynayacaqdır. Qısacası yalanı qəbul etmir.

Əriniz QOÇdursa:

mübahisə zamanı olsa belə onu alçaltmayın, çünki əvəzini mütləq çıxar.

BUĞA

Müdriniz BUĞAdırsa:

heç vaxt etibarını sarsıdacaq bir hərəkət etməyin. Insanlarla münasibətini inam üzərinə quran BUĞA bürcünün insanı, özəlliklə də əgər müdir mövqeyindədirsə, işçisinə güvənmək istər.

Arvadınız BUĞAdırsa:

hazırladığı yeməyi sonuna qədər yeyib bitirin və əsla dağınıq bir süfrədə yemək məsələsində israr etməyin. BUĞA bürcünün qadını gözəllikləri, xüsusilə də, öz əli ilə yaratdığı gözəllikləri paylaşmağı sevirlər.

Əriniz BUĞAdırsa:

qarnı acdırsa, onunla mübahisə etməyin. BUĞA bürcünün kişiləri ac ikən çox hirsli olurlar. Buna görə mübahisə etmək fikriniz varsa belə onu yeməkdən sonraya saxlayın.

ƏKİZLƏR

Müdriniz ƏKİZLƏRdirsə:

yalan danışmayın. Özü asanlıqla yalan danışıb hamını yalanına inandırmağı bacardığı üçün onun yanında yalan danışan kimi başa düşür.

Arvadınız ƏKİZLƏRdirsə:

azadlığına məhdudiyyət qoymayın. Telefonda dost-tanışları ilə dərin bir dedi-qoduya daldıysa hirslənməyin, buna vərdiş etməlisiniz.

Əriniz ƏKİZLƏRdirsə:

azadlığına məhdudiyyət qoymayın, rejimə salmağa çalışmayın, mübahisəni uzatmayın.

XƏRÇƏNG

Müdriniz XƏRÇƏNGdirsə:

anası ilə olan münasibətlərinə toxunmayın, hələ anasına soz atmağa ümumiyyətlə cəhd etməyin.

Arvadınız XƏRÇƏNGdirsə:

ana olmaq istəyinə mane olmayın. Sizi yeməkləri ilə bəsləmək istərkən qarşı çıxmayın.

Əriniz XƏRÇƏNGdirsə:

ərinizlə anasının münasibətlərinə qarışmayın, əks halda itirən siz olarsınız.

ŞİR

Müdriniz ŞİRdirsə:

12 bürcün şahı müdrinizdirsə, işiniz var. Eqosuna toxunacaq kiçicik bir inciklikdən uzaq durun. Stolunun üstündəki əşyaların yerini əsla dəyişməyin. Səsini guruldatmağa başladısa yox olun gözündən.

Arvadınız ŞİRdirsə:

ucuz hədiyyə almayın. Bu addım hətta boşanma səbəbiniz belə ola bilər.

Əriniz ŞİRdirsə:

baxımsız olmayın, ictimaiyyət içində mübahisə etməyin. Geyiminizə diqqət edin. Eyni zamanda, onun da geyim-keçiminə diqqət ayırın.

QIZ

Müdriniz QIZdırsa:

sistemsiz və diqqətsiz hərəkət etməyin. QIZ müdirlər hirsli olurlar. Diqqəti daim üzərinizdə olacaqdır. Səhvlərinizi ortaya çıxaran kimi üzünüzə vuracaqdır.

Arvadınız QIZdırsa:

pinti və dağınıq olmayın və əgər gecikəcəksinizsə mütləq xəbər verin. Axşam yeməklərini hər zaman evdə olun. Maliyyə məsələlərini onun öhdəsinə buraxın. Xeyir taparsınız.

Əriniz QIZdırsa:

dağınıq olmağınız tez-tez mübahisələrə səbəb olacaqdır. Utancaq olan QIZın üzərinə cəmiyyət içində getməyin.

TƏRƏZİ

Müdriniz TƏRƏZİdirsə:

baxımsız olmayın. Ətrafınızdakılara qarşı ədalətli olun. Siz onun işlərini asanlaşdırmaq üçün işdəsinizsə, onun sürətli olmağını gözləməyin.

Arvadınız TƏRƏZİdirsə:

onu pis görünüşlü, pis olan bir evdə yaşamağa məcbur etməyin. Sabah evdən çıxarkən tez hazır olmağın gözləməyin.

Əriniz TƏRƏZİdirsə:

onun xarici görünüşünə diqqət edin. Paltara verdiyi pulu tənqid etməyin.

ƏQRƏB

Müdriniz ƏQRƏBdirsə:

ondan gizlin iş görməyə çalışmayın. Unutmayın ki, sizdən də güclü hissetmə qabiliyyəti ola bilər.

Arvadınız ƏQRƏBdirsə:

onu aldatmaq kimi bir fikri ağlınızdan belə keçirməyin. İntiqam soyuq yeyilən bir yeməkdirsə, onu ən soyuq ƏQRƏB qadını yeyər. Burnunuzdan gətirər, öldürmədən buraxmaz.

Əriniz ƏQRƏBdirsə:

ondan gizli iş görməyin və ən önəmlisi onun qüruru ilə oynamayın. Cinsi baxımdan cazibənizi itirməyin.

OXATAN

Müdriniz OXATANdırsa:

yanlışlıqla belə onunla rəqabət aparmağa cəhd etməyin. Əsəblərinə toxunmayın. Düzdü, bunu bacarmaq da çox çətindir. Çünki insanlarla münasibətlərində OXATANlar çox bacarıqlı olurlar.

Arvadınız OXATANdırsa:

azadlığını əsla məhdudlaşdırmayın. Səyahətlərinə və lüzumsuz xərclərinizə qarışmayın. Ən əsası darıxdırıcı olmayın, yoxsa o andaca tərk edər sizi.

Əriniz OXATANdırsa:

müstəqilliyini məhdudlaşdırmayın. Yenə də ən əsası maraqsız olmayın, yoxsa sizdən daha maraqlısını tapar.

OĞLAQ

Müdriniz OĞLAQdırsa:

hər şeyi eləyin, amma əsla maaşınıza artım istəməyin.

Arvadınız OĞLAQdırsa:

bayramlarda ailəsinə baş çəkməsi üçün problem yaratmayın. Onun sözündən çıxmayın.

Əriniz OĞLAQdırsa:

“evə pul qoy get” deməyin. Bədxərclik etməyin, qənaət, yenə də qənaət edin.

DOLÇA

Müdriniz DOLÇAdırsa:

sizə azadlıq verib deyə suyun çıxartmayın. Dostunuz kimi görünsə də, unutmayın, o müdirdir.

Arvadınız DOLÇAdırsa:

ənənəvi ev qadınını unudun. Onu qəliblərə soxmayın. Maraqlı inanclarına və hobilərinə qarışmayın.

Əriniz DOLÇAdırsa:

əgər fikirlərinə aydınlıq gətirmək üçün Hindistana gedəcəyini desə belə qarşısını almayın. Evinizi lazımsız əşyalarla doldurmayın. DOLÇAların əşyalardan daha çox rahat və boş yaşama sahəsinə ehtiyacları var.

BALIQLAR

Müdriniz BALIQLARdısa:

mərhəmətindən yararlanmayın. Onun xeyrinə belə olsa xəsislik etməyin.

Arvadınız BALIQLARdısa:

xərclədiyi pula azacıq da olsa ayaqqabılara olan sevgisinəqarışmayın.

Əriniz BALIQLARdısa:

saxladığı orta məktəb dəftərlərini atmayın. BALIQLARın əşyalarla qurduqları münasibətlər çox həssasdır.Dostları ilə münasibətlərinə qarışmayın və pulun idarəçiliyini ona buraxmayın, batarsınız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma