Səbir, yalnız çətinliklər qarşısında deyil, həyatın hər anında yaşanması lazım olan gözəl bir əxlaq xüsusiyyətidir…

Səbir; ‘Rəbbin üçün səbr et’ (Mudəssir surəsi, ayə 7).

Ayədən də aydın olduğu kimi, yalnız ALLAH rizası üçündür. İnsan ancaq ALLAHa olan imanı və yaxınlığı nisbətində səbir göstərə bilər. Qarşılaşdığı çətin hadisələrdə göstərdiyi gözəl əxlaq davamlıdır…

“Yaxşılıqla pislik eyni ola bilməz! Ey mömin kimsə! Sən pisliyi yaxşılıqla dəf et! Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə cömərdliklə, cəzaya bağışlamaqla cavab ver! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu xislət yalnız dünyada məşəqqətlərə səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! (Fussilət surəsi, ayə 34-35).”

Ayədən də aydın olduğu kimi “davamlı” olan gözəl əxlaqı səbr edənlərdən başqası göstərə bilməz…

Möminlərin başlarına nə qədər böyük fəlakətlər gəlirsə gəlsin, onlar üçün fərq etməz. “Ey iman gətirənlər! Səbr edin və səbirdə yarışın… ” (Ali İmran Surəsi, ayə 200). Ayədə buyurulduğu kimi xeyrlərdə yarışar kimi, səbirdə də yarışmaq bir mömin xüsusiyyətidir.

Qarşılaşılan hər cür hadisə mömin üçün bir imtahandır. Göstərəcəyi səbrin əhəmiyyətini çox yaxşı bilər və ALLAHın razı olacağı rəftarı göstərmək üçün böyük səy sərf edər. Bunu edərkəndə ən kiçik bir narahatlıq və çətinlik duymaz. Çünki hər şeydə mütləq bir xeyr olduğunu düşünər və sonsuz bir təvəkküllə ALLAHa sığınar, köməyi də səbri də yalnız Ondan diləyər. Qismət gerçəyini bilən və hər şeyin ALLAHın idarəsində reallaşdığına inanan mömin, hər çətinliyin arxasından, mütləq bir asanlıq gələcəyini və ALLAHın kimsəyə çəkə biləcəyindən artığını yükləməyəcəyindən əmindi…

ALLAH səbir göstərənləri cənnəti ilə müjdələyib.

“Məhz belələri, ALLAH yolunda bütün çətinliklərə, əziyyətlərə səbr etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada mələklər tərəfindən ehtiramla, salamla qarşılanacaqlar. (Furqan surəsi, ayə 75)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma