Bismillahir-Rəhmanir-Rəhim

1.Üləmaya hörmət qoyun,onlar peyğəmbərlərin varisləridir.Allaha və onun Rəsuluna hörmət onlara hörmət deməkdir.

2.Alimləri eşidin,çünki onlar dünyann çırağı,axirətin nurudurlar.

3.Elmi beşikdən qəbrədək öyrənin.

4.Elmin fəziləti ibadətin fəzilətindən əfzəldir.

5.Qiyamət günü şəhidlərin qanı alimlərin mürəkkəbi ilə bərabər tərəziyə qoyular və alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələr.

6.İnsanlar elə bir sədəqə verə bilməzlərki,öyrənilən,yayılan elmdən üstün ola.

7.Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya,ahıllıqda öyrənilən isə su üstündə yazıya bənzər.

8.Alim öldü,aləm öldü.

9.Bir saat elm öyrənmək altmış illik ibadətdən xeyirlidir.

10.Elm öyrənən zaman birisini ölüm haqlayarsa,o şəhid sayılar.

11.Elm hər bir müsəlmana istər kişi olsun,istər qadın-vacibdir.

12.Mən elmin şəhəri,Əli isə onun qapısıdır.

13.Elm çində də olsa,onun dalınca gedin.

14.Ən xeyirli sədəqə odur ki,bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə.

15.İki şəxs doymaq bilməz;elm təşnəsi və dünya(malı) hərisi.

Valideyinlərə hörmət haqqında

16.Bir kişi rəsulallahdan soruşdu;Valideyin övlad üzərində haqqı nədən ibarətdir?

Peyğəmbər buyurdu;Onlar sənin çənnətin və çəhənnəmindir.

17.Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.

18.Allahın rizası (razılığı) valideyinin rizasıyla.Allahın qəzəbi də valideyinin qəzəbiylədir.

19.Ömrünün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyininə ehtiram etsin,qohumlarını yoluxsun.

20.Ata-ananıza ehtiram edin ki,övladlarınız da sizə hörmət qoysunlar.Həyalı və namuslu olun ki,qadınlarınız da həyalı və namuslu olsunlar.

21.Bir nəfər rəsulallahın yanına gəlib soruşdu;Ya peyğəmbər,mən kimə daha çox yaxşılıq etməliyəm?Cavab verdi;Anana.O adam soruşdu;Sonra kimə?Peyğəmbər buyurdu;Anana

Həmin adam yenə soruşdu;Sonra kimə?Peyğəmbər yenə;Ananaв-dedi.O adam birdə;Bəs sonra kimə-soruşduqda,Rəsuli-əkrəm buyurdu;Sonra atana

22.Bir nəfər rəsulallahın yanına gəlib dedi;Mən çihad etmək istəyirəm,amma buna güçüm çatmayır.Peyğəmbər soruşdu;Valideyinlerindən sağ olan varmı? o adam;Anam var-dedi.Peyğəmbər həzrətləri buyurdu;Onun qulluğunda durmaqla Allahın hüzuruna yetiş.Bunu etsən həm həcc və ümrə ziyarəti,həm də cihad etmiş olarsan.

23.Atası öldükdən sonra onu yoluxmaq istəyən kimsə qoy atasının dostları ilə əlaqə saxlasın.

24.Ataya itaət Allaha itaət,ataya üsyan Allaha qarşı üsyan deməkdir.

25.Xeyir bərəkət qocalardadır.

26.Üç duanın qəbul olunaçaqına şübhə yoxdur:Məzlumun duası,qonaqın duası və ata-ananın övladına etdiyi dua.

Mərhəmət və yaxşılıq haqqında.

27.Allahın ən çox sevdiyi ev yetimə hörmət edilən evdir.

28.Bir kimsə bir mömini sevindirərsə,sanki məni sevindirər.Məni sebindirərsə kimsə Allahdan vəd alar.Allahdan vəd alana çəhənnəm odu dəyməz.

29.Bir nəfər Rəsuli-əkrəmə öz qəlbinin bərkliyindən şikayət etdikdə həzrət-Peyğəmbər buyurdu;Yetimin başına sığal çək,fəqiri yeizdir.

30.Müsəlman qardaşının ehtiyacını ödəmək məqsədilə yol gedən bir kimsənin hər addımına ondan ayrıldıqı yerə dönünçüyə qədər Allah-taala yetmiş savab yazar və yetmiş günahından keçər.

31.Müsəlmanlara görə ən xeyirli ev(ailə) içində yetimə yaxşılıq edilən,ən şərli ev isə yetimə yamanlıq edilən evdir.

32.Ən savab iş ehtiram və qohumlara mərhəmət göstərmək,çəza ilə bitəcək ən şər əməl isə zülm və qohumluq tellərini qırmaqdır.

33.Mərhəmət edənlərə Allah da mərhəmət edər.Yerdəkilərə mərhəmət ediniz ki,göydəkilər də sizə rəhm etsin.

34.Qohumluğun nə verdiyini böyüklərinizdən öyrənin,qohumluq yaxın adamlar arasında sevgi,bol varidat və uzun ömür deməkdir.

35.Məni haqq olaraq göndərən Allaha and içirəm ki,yetimlə mərhəmətlə davranana,ona gülərüz göstərib şirin sözlə nsihət verənə,onun yetimliyinə və zəifliyinə açıyana,Allahın bəhş etdiyi nemətlərlə qonşusu önündə lovğalanmayana Allah-taala qiyamət günü əzab verməz.

36.Dul qadına və fəqirə yardım göstərən adam Allah yolunda çihad edən,gündüzləri oruç tutub gecələri isə ibadətdə keçirən kimsə ilə bir tutular.

37.Ey insanlar!Allahdan qorxun!And olsun Xaliqə ki,bir mömin digərinə zülm etsə,qiyamət günü Allah-taala ondan mütləq intiqam alacaqdır.

Dünya və axirət haqqında.

38.Müsəlman müsəlmanın qardaşıdır,nə zülm edər ona,nə də yalqız qoyar onu.Qardaşının ehtiyacını ödəyən kimsənin ehtiyacını da Allah ödəyər.Kim bir müsəlmanın dərdini yüngüləşdirərsə Allah-taala o adamın qiyamət günündə sıxıntılarını yyüngülləşdirər.kim bir müsəlmanın eybini örtsə qiyamət günü Allah-taala da onun eybini örtər.

39.Sədəqə,onu verənin qəbir odunu söndürər,mömin adam qiyamət günündə öz sədəqəsinin kölgəsinə sığınar.

40.Qiyamət günü Allah-taala iki şəxsə rəhm etməz;qohumluğu pozana və pis qonşuya.

41.Bu dünyada insanlara əzab verən kimsələr qiyamət günü ən şiddətli əzaba düçar olar.

42.Bu dünyada iki üzü olanın axirət günü iki dili olar.

43.Bu dünya evi olmayanın evi.malı olmayanın malıdır.Dünya malını ağlı olmayan toplar.

44.Heç vaxt ölməyəcəyini zənn edən adam kimi iş gör və sabah öləcəyindən qorxan adamın əməlindən özünü gözlə.

Əxlaq və ədəb haqqında.

45.Güləgülə günah işlədən adam ağlaya-ağlaya çəhənnəmə gedər.

46.Allah taala üç adama lənət edər;ata-anasından üz çevirənə,ərlə arvadın arasını vurub sonra arvada sahib çıxana,bir-birinə qəzəblənsinlər və paxıllıq etsinlər deyə möminlərin arasında dedi-qodu yalana.

47.Bir zamanlar üstünüzdə səfe əmrlər hökmran olsa,onlar bədxahları irəli çəkər,belələrinə hakimlik edərlər.

48.Ərlə arvaddan birisi digərinin sirrini başqasına açarsa,qiyamət günü Allah yanında pislərin pisi olar.

49.Elə bir zaman gələcək ki,adam bilməyəcək aldığı halal maldır,yoxsa haram mal.

50.Bir müsəlmanın digərinə malı,irzi(namusu) və qanı haramdır.Müsəlman qardaşına kimsənin sadəcə nifrət etməyinin özü də şər iş sayılır.

51.Əzalar içində (Qiyamət günü) daha çox əzab çəkən dil olacaq.

52.Üç cür adam Allahın qəzəbinə gələr;tox ola-ola yeyən,gününü yatmaqla sovuran,mənasız yerə gülən.

53.Övladlarınızla xoş rəftar edin və onlara gözəl tərbiyə verin.

54.Evlənməyə qadir ola-ola evlənməyən kəs məndən (ümmətimdən) deyil.

55.Bir qoca kişi Peyğəmbər salavatullahın görüşünə gəlir.Hüzurunda olanlar ağır tərpənib ağsaqqala yer verməkdə ləngiyirlər.Bunu görən Peyğəmbər salavatullah deyir:Kiçiyimizə rəhm etməyən,böyükümüzə hörmət qoymayan bizdən deyil.

56.Üç qız uşaqı böyüdənin,onları gözəl tərbiyə edənin,ərə verənin və onlara xoş münasibət bəsləyənin yeri çənnətdir.

57.Həya imanın bir qismidir,həyası olmayanın imanı da olmaz.

58.Allah-taala o adamı himayəsinə alıb cənnətə daxil edər ki,onda bu 3 keyfiyyət olsun;Zəif adamla mehribançılıq,valideyinlərə qarşı şəfqət göstərmək,tabeliyində olanlara yaxşı davranmaq.

59.Qüvvətli adam güləşdə qalib gələn deyil,qəzəblənən vaxtı qəzəbini boğa biləndir.

60.İmanın kamala yetməsi gözəl əxlaqla mümkündür.

61.İnsanların ən fənası birinə bir üz,başqasına başqa üz göstərən ikiüzlü adamdır.

62.Bir nəfər Həzrət-Peyğəmbərdən;

Ya Rəsulallah,insanların ən xeyirlisi kimdir?-deyə soruşdu.

-Ömrü uzun,əməli gözəl olandır.

-Bəs insanların ən pisi kimdir?

-Ömrü uzun,əməli bəd olandır.

63.Gözü kor olan yox,bəsirəti tutulan kor sayılır.

64.Təkəbbürdən,xəyanətdən və borcdan qurtararaq ölən adam cənnətə gedər.

65.Peyğəmbər salavatullahdan soruşdular:Müsəlmanların ən yaxşısı kimdir?Həzrət Peyğəmbər buyurdu;O adamdır ki,dilindən və əlindən müsəlmanlara xətər toxunmaz.

66.Haramdan uzaq ol ki,ömrünü hamıdan artıq ibadətə keçirə biləsən.Allah-taalanın sənə qismət etdiyi kifayətdir ki,insanların ən zəngini olasan.Qonşuna yaxşılıq et,əsil mömin olarsan.Özünə rəva bildiyini başqalarına da bil,əsil müsəlman olarsan.Çox gülmə,artıq gülüş qəlbi öldürər.

67.Gözəl əxlaq dinin yarısıdır.

68.Ədəbi olmayanın ağlı da olmaz.

69.Gözəl əxlaqa malik olan və yaxın adamlarına münasibətdə xoş rəftarı ilə seçilən iman sahibi möminlərin ən kamilidir.

70.Aranızda əxlaqı gözəl olanları fərləndirin.

71.Riyakar adam iki sürü arasında dolaşan qoyuna bənzər,gah birinə,gah da o birisinə qoşular.

Vətən və xalq haqqında.

72.Vətəni sevmək imandandır.

73.Öz peyğəmbərindən üz döndərib başqalarının peyğəmbərinə,öz millətindən üz döndərib özgə millətə tapınanlar axmaqların axmaqı,yolunu azmışların böyüyüdür.

74.Millətim üçün 3 şeydən qorxuram;alimin xətasından,münafiqin(riyakarın) Quran haqqında cəfəng danıığından və mənəviyyatı(əxlaqı) məhv edən mühitdən.

75.Millətimin içində xəyanət olmasa,düşmən qarşımızda tab gətirə bilməz.

76.Allahın nəzəri camaatın üzərindədir.

77.İnsanların ən yaxşısı camaatın xeyirinə çalışandır.

78.Ağlın qüdrəti Allaha iman gətirəndən sonra xalqı sevməklə ölçülür.

79.Kim torpaqın bir arışına zülm etsə,yerin 7 qatı onun boğazına dolanar.

Qonşuluq haqqında.

80.Yaxın qonşusu aç ola-ola tox yaşayan qonşu mömin sayıla bilməz.

81.Allah-taalanın nəzərində ən yaxşı dost öz dostuna sadiq olan,ən yaxşı qonşu isə öz qonşusu ilə yaxşı dolanandır.

82.Allaha və axirət gününə iman gətirən kəs öz qonşusuna yaxşılıq etsin,Allaha və axirət gününə iman gətirən kəs öz qonağına hörmət etsin,Allaha və axirət gününə iman gətirən kəs ağzını ya xeyirliyə açsın,ya da sussun.

83.Peyğəmbərdən soruşdular;”Ya Rəsulallah,iki qonşum var,onların hansına pay verməliyəm? Həzrət Peyğəmbər buyurdu;Qapısı sənə yaxın olana.

84.Ya Rəbb!Bu dünyadakı qonşum gəldi-gedərdi,məni axirət evində pis qonşudan özün qoru.

85.Sizlərdən biriniz özünə rəva bildiyini din qardaşına diləməsə,mömin sayıla bilməz.

Həsəd və təkəbbür haqqında.

86.Qəlbində zərrə qədər təkəbbür olan şəxs cənnətə girməz.Biri dedi;”Ya Rəsulallah,insan geyiminin və ayaqqabısının gözəl olmasını istər”.Peyğəmbər buyurdu;”Allah-taala haqdan gələnə qarşı saymazyanalıq və insanlara biganəlik deməkdir.

87.Ancaq iki adama həsəd aparmaq olar:Birincisi Allah-taalanın verdiyi mal-dövləti haqq yolunda sərf edən adamdır.İkincisi Allah-taalanın verdiyi hikməti başqalarına öyrədəndir.

88.Od ağacı yandırıb yediyi kimi həsəd də yaxşılıqları yeyər.Su odu söndürdüyü kimi sədəqə də pisliyin alovunu söndürər.Namaz möminin nuru,oruc isə cəhənnəm önündə cənnətin sipəridir.

89.Qəlbində xardal dənəsi qədər təkəbbür olan şəxs cənnətə girməz.

90.Bir-birinizə nifrət bəsləməyin,paıllıq etməyin,bir-birinizə arxa cevirməyin ey Allahın bəndələri,qardaş olun…

Seçmə hədislər.

91.Allaha daha xoş gedən cihad zalım hökmdarın üzünə haqq sözünü deməkdir.

92.Bir müsəlman öz müsəlman qardaşının üstünə qılınc çəkərsə,qılıncını qınına qoyuncuya qədər Allah-taalanın mələkləri ona lənət oxuyar.

93.Qənaətlə dolanan kasıb olmaz.

94.Ən yoxsul adam tamahkar kimsədir.

95.Beş kimsəyə xor baxan adam beş şeyi itirər;Üləmaya məhəl qoymayan dinini,hökmdarlar saymayan bu dünyasını,qonşusu ilə ünsiyyət saxlamayan mənfəətini,qohum-əqrabası ilə əlaqəsi olmayan mehribanlığını,ailəsinə biganə olan isə xoş güzəranını.

96.Üç adam cənnətə girməz:içkiyə qurşanan,qohum-əqraba ilə əlaqəsini üzən və caduya inanan.

97.Hökmdarın hədiyyə almağı haram,qazının rüşvət almağı isə küfrdür.

98.İmanın fəziləti ondadır ki,biləsən harda olsan da Allah səninlədir.

99.Qənaətçilik güzəranın,camaatla mehriban rəftar ağlın,ağıllı sual isə elmin yarısıdır.

100.Hər millət bir şeyin hərisidir,mənim millətim dünya malına hərisdir.

101.Bir iş görmək istəsən sonunu düşün,sonu xeyirdirsə ondan yapış,şərdirsə fikrindən daşın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma